Nüvədən başqa hər növ silahın istehsalına başlamalıyıq - Qaribaşvili

Müdafiə nazirliyinə namizəd İrakli Qaribaşvili bildirib ki, Gürcüstanın özünü müdafiəsini gücləndirmək üçün nüvədən başqa hər növ silah istehsal etməyə başlamalıyıq.



Bu haqda o, parlamentdə çıxışı zamanı komitə dinləməsində bildirib. Hərbi istehsal – “bu mənim arzumdur” – Qaribaşvili deyir. Onun sözlərinə görə baş nazir olan zaman zirehli jilet zavod tikmək layihəsi vari imiş və onun sözlərinə görə bu əhəmiyyətlidir və bu gün də onun inşasına başlanılmalıdır.

“Hər il yalnız Müdafiə Nazirliyi on milyonu zirehli jilet almağa sərf edir. Mənim nazirliyim və nazirliyim dövründə Gürcüstanda güllə istehsalı müəssisəi layihəm var idi. Mən düşünürəm ki, bunu biz etməliyik və bugün də bunun inşasına başlanılmalıdır. Əlbəttə nüvədən başqa hər növ silah istehsal etməliyik. Mən düşünürəm ki, biz bunu bacaracağıq” – Qaribaşvili deyir.

Mənbə: Netgazeti

Print Email
FaceBook Twitter Google