Mamuka Xazaradze "Qiorqi Qaxariya tərəfindən yazılmış məktub haqqında" - məktubun ekspertizası olduqqca ciddi nəticələrlə başa çatdı
Məktubun ekspertizası olduqca ciddi nəticələrlə başa çatdı – bu haqda TBC Bankın təsisçisi Mamuka Xazaradze jurnalistlərə onun təsdiq etdiyinə görə Giorgi Qaxariyanın yazdığı məktubla bağlı bildirib.

Jurnalistlərin ekpertiza nəticəsində məktubda Qiorqi Qaxariyanın imzasının həqiqilyi təsdiqlənəcək ya yox sualına Xazaradze cavab verib ki, bu haqda onun vəkili danışacaq.

Xazaradze ümid edir ki, Prokurorluq bununla bağlı iş qaldıracaq və istintaqa başlayacaq. Onun sözlərinə görə bu məktub Gürcüstanda olan idarənin çirkin forasını göstərir.

“Siz bilirsiniz ki, bizim vəkilimiz məktubun ekspertizadan olan cavabını gətirib. İlk ekspertiza olduqca ciddi nəticələrlə başa çatıb. Bu haqda vəkillər danışacaqlar. Eləcə də başqa tipli ekspertiza da davam edir və müvafiq olaraq, ümid edirik ki, Prokurorluqda iş qaldırılacaq. Onların əsası var idi ki, işi fevralda qaldırsınlar, ancaq bunu etmədilər. Hesab etdilər ki, bu kim tərəfindənsə yazılmış zarafat məktubudur. Düşünürəm ki, bu ciddi məktubdur və dövlətdə nə qədər çirkin və kriminal düşüncəli strukturlarımızın və məmurlarımızın olduğunu göstərir. Biz bunu aşakr edəcəyik və ictimaiyyətə hər şey məlum olacaq.

Ümid etmirəm ki, Prokurorluğun bugünkü şəraitində hər hansı işin obyektiv araşdırılması, hələ ki, fərdi vəkillərin Baş Prokuror və nazir olaraq təyin edilməsi ənənəyə çevrildiyi halda mümkün olsun. Bu ölkənin idarəsinin çirkin formasıdır və dəyişməlidir”
– Mamuka Xazaradze bildirib.

Print Email
FaceBook Twitter Google