Mamuka Xazaradze "Qiorqi Qaxariya tərəfindən yazılmış məktub haqqında" - məktubun ekspertizası olduqqca ciddi nəticələrlə başa çatdı
20:34 / 09.09.2019
Məktubun ekspertizası olduqca ciddi
nəticələrlə başa çatdı – bu haqda TBC Bankın təsisçisi Mamuka
Xazaradze jurnalistlərə onun təsdiq etdiyinə görə Giorgi
Qaxariyanın yazdığı məktubla bağlı bildirib.
Jurnalistlərin ekpertiza nəticəsində məktubda Qiorqi Qaxariyanın
imzasının həqiqilyi təsdiqlənəcək ya yox sualına Xazaradze cavab
verib ki, bu haqda onun vəkili danışacaq.
Xazaradze ümid edir ki, Prokurorluq bununla bağlı iş qaldıracaq və
istintaqa başlayacaq. Onun sözlərinə görə bu məktub Gürcüstanda
olan idarənin çirkin forasını göstərir.
“Siz bilirsiniz ki, bizim vəkilimiz məktubun
ekspertizadan olan cavabını gətirib. İlk ekspertiza olduqca ciddi
nəticələrlə başa çatıb. Bu haqda vəkillər danışacaqlar. Eləcə də
başqa tipli ekspertiza da davam edir və müvafiq olaraq, ümid edirik
ki, Prokurorluqda iş qaldırılacaq. Onların əsası var idi ki, işi
fevralda qaldırsınlar, ancaq bunu etmədilər. Hesab etdilər ki, bu
kim tərəfindənsə yazılmış zarafat məktubudur. Düşünürəm ki, bu
ciddi məktubdur və dövlətdə nə qədər çirkin və kriminal düşüncəli
strukturlarımızın və məmurlarımızın olduğunu göstərir. Biz bunu
aşakr edəcəyik və ictimaiyyətə hər şey məlum olacaq.
Ümid etmirəm ki, Prokurorluğun bugünkü şəraitində hər hansı işin
obyektiv araşdırılması, hələ ki, fərdi vəkillərin Baş Prokuror və
nazir olaraq təyin edilməsi ənənəyə çevrildiyi halda mümkün olsun.
Bu ölkənin idarəsinin çirkin formasıdır və
dəyişməlidir” – Mamuka Xazaradze bildirib.