Sarpda bəyan edilməmiş qızıl və gümüş məmulatları aşkarlanıb
20:41 / 09.09.2019
“Sarp” gömrük buraxılış məntəqəsində bəyan
edilməmiş qızıl və gümüş məmulatlarının ölkə sərhədindən
qeyri-qanuni şəkildə keçirilməsinə cəhdlə bağlı 2 fakt qeydə
alınıb.
Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin
gömrük məmurları şübhə əsasında Azərbaycan vətəndaşı Q.İ və
Z.H.-nın üzərinə və əl çantasına baxış keçirən zaman ümumilikdə 7
703,194 lari dəyərində bəyan edilməmiş qızıl (91.27 qram) və gümüş
(5.68 qram) məmulatları aşkar ediblər.
Gürcüstanın Gömrük Məcəlləsinin 168-ci maddəsinin birinci hissəsinə
əsasən qanunu pozan vətəndaşlar ümumilikdə 7 703,194 lari həcmində
cərimə olunublar.
Mənbə: rs.ge