Kaxa Kaladze - əgər Energetika Nazirliyi ayrı nazirlik olarsa, mən bunu alqışlayaram
Tbilisi meri Kaxa Kaladzenin bəyanatına görə, Energetika Nazirliyi ayrıca nazirlik olarsa, bunu alqışlayar. Bu haqda Kaxa Kaladze jurnalistlərə Eenergetika və İqtisadiyyat Nazirliyinin bölünməsi haqqında danışarkən bildirib.

Onun sözlərinə görə, qeyd olunan sahə ölkə üçün olduqca əhəmiyyətlidir.

“Energetika ölkəmiz üçün çox vacib istiqamətdir. Mən nazirlik birləşəndə də qarşı çıxırdım, ancaq bu komandanın qərarı idi. Əgər ayrılarsa, mən bunu alqışlayaram. Təkrar edirəm energetika bizim ölkə üçün olduqca vacib sahədir. Birbaşa xarici investisiyalar baxımından da vacib yer tutur”, – Kaladze bildirib.

Print Email
FaceBook Twitter Google