İlham Əliyev Qiorqi Qaxarianı Gürcüstanın baş naziri vəzifəsinə seçilməsi münasibətilə təbrik etdi
Azərbaycan
respublikasının prezidenti İlham Əliyev Qiorqi Qaxarianı
Gürcüstanın baş naziri vəzifəsinə seçilməsi münasibətilə təbrik
etdi.
Gürcüstanın baş nazirinin mətbuat xidmətinin məlumatına görə,
Azərbaycan prezidenti təbrikində iki ölkə arasında tarixi mehriban
qonşuluq və dostluq əlaqələrini xüsusilə qeyd edir və Gürcüstanın
baş nazirinə uğurlu fəaliyyət arzulayır.
“İnanıram ki, bu xoş ənənələrə əsaslanan dövlətlərarası
münasibətlərimiz və strateji tərəfdaşlığımız xalqlarımızın
mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və
möhkəmlənəcəkdir. Sizə ən xoş arzularımı yetirir, dost Gürcüstan
xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar
diləyirəm”, –Azərbaycan Respublikasının prezidenti
İlham Əliyevin Gürcüstanın baş nazirinə göndərdiyi təbrik
məktubunda deyilir.