İlham Əliyev Qiorqi Qaxarianı Gürcüstanın baş naziri vəzifəsinə seçilməsi münasibətilə təbrik etdi
Azərbaycan respublikasının prezidenti İlham Əliyev Qiorqi Qaxarianı Gürcüstanın baş naziri vəzifəsinə seçilməsi münasibətilə təbrik etdi.

Gürcüstanın baş nazirinin mətbuat xidmətinin məlumatına görə, Azərbaycan prezidenti təbrikində iki ölkə arasında tarixi mehriban qonşuluq və dostluq əlaqələrini xüsusilə qeyd edir və Gürcüstanın baş nazirinə uğurlu fəaliyyət arzulayır.

“İnanıram ki, bu xoş ənənələrə əsaslanan dövlətlərarası münasibətlərimiz və strateji tərəfdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir. Sizə ən xoş arzularımı yetirir, dost Gürcüstan xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm”, –Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Gürcüstanın baş nazirinə göndərdiyi təbrik məktubunda deyilir.

Mənbə: Birinci Kanal
Print