Meriya Sabirkənddə mini futbol və basketbol stadionu tikməyi planlaşdırır

Marneuli bələdiyyəsinə daxil olan Sabirkənddə mini futbol və basketbol stadionu yaradılacaq.



Stadionun yaradılması işlərinin həyata keçirilməsi üçün 9 sentyabr tarixində Marneuli meriyası tərəfindən 67 150 lari dəyərində tender elan olunub.

Tenderdə iştirak etmək istəyən şirkətlər 17 sentyabrdan 20 sentyabradək müraciət edə bilərlər.

Tenderdə qalib gəlmiş şirkət işləri müqavilə imzalandığı gündən etibarən 60 gün ərzində tamamlamalıdır.

Mənbə: Birinci Kanal

 

Print Email
FaceBook Twitter Google