İstintaq Xidməti qida məhsullarının saxtalaşdırılması ilə bağlı üç fakt aşkar edib
Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları, Milli Ərzaq Agentliyinin nümayəndələri ilə birgə apardıqları əməliyyat nəticəsində qida məhsullarının saxtalaşdırılması ilə bağlı üç fakt aşkar ediblər.

İstintaq nəticəsində aydın olub ki, Kaxeti regionunda yerləşən üç müəssisədə saxtalaşdırılmış ət yarımfabrikatları və balıq istehsal eidilirmiş. Məhsulun tərkibi isə etiketdə qeyd olunan məlumata uyğun deyilmiş.

İstintaq nəticəsində istehsal üçün hazırlanmış külli miqdarda müxtəlif adlı məhsul aşkarlanıb və müvafiq ekspertiza aparılır.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 197-ci maddəsinin birinci hissəsi ilə istintaq aparılır. Həmin maddə 1-dən 3 ilə qədər azadlıqdan məhrumetməni nəzərdə tutur.

Mənbə: rs.ge
Print Email
FaceBook Twitter Google