“Sadaxlı”, “Qırmızı Körpü” və “Sarp”da 9,140 ədəd bəyan edilməmiş siqaret aşkar edilib
7-9 sentyabrda, “Sadaxlı”, “Qırmızı Körpü” və “Sarp” keçid məntəqələrində ölkə sərhədindən qeyri-qanuni şəkildə bəyan edilməmiş siqaretin gətirilməsinə cəhd faktları aşkarlanıb. Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin gömrük məmurlarının şübhə əsasında Gürcüstan, Azərbaycan və Ermənistan vətəndaşlarının üstlərini və onlara məxsus maşınları axtarması nəticəsində ümumilikdə 9,140 ədəd bəyan edilməmiş siqaret aşkar edilib.

Gürcüstanın Gömrük Məcəlləsinin 168-ci maddəsinin 3-cü hissəsinə əsasən, qanunu pozan vətəndaşlardan mal müsadirə edilib və hər birinə min lari həcmində cərimə yazılıb. Ermənistan vətəndaşı V.D.-nın isə malı və nəqliyyat vasitəsi müsadirə olunub və o, min lari həcmində cərimə olunub.

Mənbə: rs.ge
Print Email
FaceBook Twitter Google