Türkiyənin Gürcüstandakı səfiri - Türkiyəni Avropa İttifaqına qəbul etmək istəmirlər, çünki biz müsəlmanıq
15:27 / 10.09.2019
Türkiyəni Avropa İttifaqına qəbul etmək
istəmirlər, çünki biz müsəlmanıq. Bu barədə Türkiyənin
Gürcüstandakı səfiri Fatma Seren Yazqan Tbilisidə beynəlxalq
konfransda çıxış edərkən bəyan edib.
Onun
dediyinə görə, Avropa İttifaqında anti-islam əhval-ruhiyyələri
artıbdır.
“Dəyərlər ikili standartları istisna edir. Türkiyədə
hiss edirik ki, biz “ev tapşırıqlarını” yerinə yetiririk, lakin
sonra yeni tapşırıqlar alırıq, çünki Avropa İttifaqı bizi qəbul
etmək istəmir. Niyə? Çünki biz, müsəlmanıq. Biz dinimizi dəyişməyi
planlaşdırmırıq. Avropa İttifaqı Avropanın özündə olan pozuntulara
müvafiq münasibət bildirmir. Avropa İttifaqında anti-islam
əhval-ruhiyyələr artıbdır”, – Fatma Seren Yazqan
deyib.