Nadir tapıntı - çoxillik tədqiqat təsdiq edib ki, dünyada heyvan qalığından alınmış ən qədim DNT Dmanisidə aşkar edilib

Dünyanın aparıcı “Nature” elmi jurnalında yeni tapıntı barəsində “Early Pleistocene enamel proteome from Dmanisi resolves Stephanorhinus phylogeny” başlıqlı məqalə dərc edilib.



Məqalədə Dmanisidə tapılan kərgədan dişindən alimlərin 1.77 milyon il tarixə malik olan əhəmiyyətli məlumat əldə etdiklərindən söhbət açılır. Bu heyvan qalığndan alınan ən qədim DNT-dir. Qeyd olunan məlumat, buna qədər Ukon adasında, Kanadada aşkar olunan 700 min il yaşı olan atdan alınan DNT-dən bir milyon il daha qədimdir.

Tapıntı və yeni tədqiqat barəsində Milli Muzeyin baş direktoru David Lortkipanidze və Florensiya Universitetinin proffesoru Lorentso Ruki məlumat veriblər.

 

Mənbə: Birinci Kanal

 

Print Email
FaceBook Twitter Google