Mamuka Xazaradze 12 lider axtarır

Mamuka Xazaradze 12 lider axtarır, – bu barədə bəyanatı “TBC Bankın” təsisçisi Mamuka Xazaradze Anakliada öz ictimai hərəkatının təqdimatında verdi.



Onun dediyinə görə, tibb, təhsil və sairə sahələrdən 12 lider axtarır.

“Bizim siyasi partiyamız liderlər partiyası olacaq və bunun üçün öz sahəsində müvəffəqiyyətli olan liderlər axtarırıq. Bu sadəcə Mamuka Xazaradze və Badri Caparidzenin partiyası olmayacaq. Bizim təşkilat nəticəyə yönəlmiş horizontal struktur olacaq. Bu ölkəni sadəcə bir nəfər idarə edə bilməz və etməməlidir, buna görə də biz 12 nəfərlik dəyirmi masa yaradırıq.

“112 il bundan öncə, ayın 12-də, 12 mühəndis axtaran İlia Çavçavadzeyi öldürdülər.

Bu gün də ayın 12-sidir. Biz bu tarixi təqdimat üçün bilərək seçmədik, ancaq bu tarixi bir bənzərlikdir. Gəlin liderlərimizi birlikdə axtaraq”,
–Mamuka Xazaradze deyib.

Mənbə: Birinci Kanal

Print Email
FaceBook Twitter Google