Marneulidə evlərə küçələrin adını və evlərin nömrələrini göstərən lövhələr vurulacaq
Marneulidə illərdir ki, küçələrin adları və
evlərin nömrələrini göstərən lövhələr yox idi.
Bir
çox hallarda küçələrin adlarını sakinlərin özləri və taksi
sürücüləri belə bilmirlər. Buna görə də insanlar üçün narahatçılıq
yaranır.
Hər dəfə Marneuliyə yad adam gələndə onun istədiyi yerə getməsi
çətin olur. Bunun üçün iki variantın olur. Ya küçədə qarşılaşdığın
şəxslərdən soruşmalısan ki, misal üçün Rustaveli 36 ünvanı
haradadır, ya da bütün yol boyu görüşəcəyin adamla telefonda
danışmalısan ki, misal üçün “Tbilisidən gəlirsənsə, meydandakı
ədliyyə evinin sol tərəfindən dönəcəksən, böyük körpünü keçəcəksən,
işıqfordan sola dönəcəksən”. Marneulidə xalqın ən çox toplaşdığı
yer olan Marneuli bazarına məhz bu cür gedə bilərsən.
Marneuli meriyası 11 sentyabr tarixində tender elan edib. Bu
tenderə əsasən Marneuli şəhərində evlərə küçələrin adlarını və ev
nömrələrini göstərən lövhələr vurulacaq. Marneuli meriyası bu
mərhələdə yalnız Rustaveli küçəsində yerləşən evlərin
nömrələnməsini planlaşdırır.
Meriya küçə adı və ev nömrələrini göstərən lövhələrin vurulması
üçün 9 450 lari xərcləməyi planlaşdırır.
Tenderin şərtlərinə görə, qalib gəlmiş şirkət işləri müqavilə
imzalandıqdan 20 gün ərzində tamamlamalıdır.