“Qalib Gürcüstan” məhkəməyə İrakli Okruaşvilinin azadlığa buraxılması qarşılığında yarım milyon larilik girov təklif edir
“İrakli Okruaşvilinin dostları olaraq, məhkəməyə 500 000 lari girov təklif etməyə qərar verdik”, – bu barədə “Qalib Gürcüstan” partiyasının liderlərindən biri olan Quram Çalaqaşvili mətbuat konfransında bəyan etdi.

Quram Çalaqaşvilinin dediyinə görə, İrakli Okruaşvilinin həbs işindən bəllidir ki, onun həbs edilməsində şəxsən “Gürcü Arzusunun” sədri Bidzina İvanişvilinin maraqlıdır.

“Okruaşvili İvanişvili iqtidarına ciddi təhlükə yaratdığı üçün onu yalançı şahidlərin ifadəsi ilə, həbs etdirdilər. Məhz bu səbəbə görə, məhkəmə heç bir təklifimizlə razılaşmır.

Belə bir məbləğ əvəzinə biznesmenlər Mamuka Xazaradze və Avto Tseretli azadlığa buraxıldılar, ancaq İvanişvili İrakli Okruaşvilinin onun iqtidarını siyasi zibilxanaya göndərə biləcəyindən qorxduğu üçün, onu həbsdə saxlayır”,
–Quram Çalaqaşvili deyib.

Print Email
FaceBook Twitter Google