Gürcüstanda soğan bahalanıb
Son günlərdə soğan istehsal edən ölkələrdə məhsulun qiyməti dəyişir. Xüsusilə də soğanın uzun müddət saxlanılmayan növünün qiymətlərində dəyişiklik qeydə alınıb. “East Fruit”-un məlumatına görə, fermerlər qiymətləri ucuzlaşdırmağa məcbur olublar. “East Fruit”-un layihəsinin davamlı monitorinqinə daxil olan bir çox ölkədə soğanın qiyməti bu həftə ya dəyişməyib ya da ki, azalıb.

Soğanın bahalaşdığı yeganə ölkə Gürcüstan olub. Qiymət bir kiloqrama görə 0,24 sentdən 0,27 sentə qədər artıb. Ukraynada (0,20 sent) və Moldovada (0,28 sent) qiymətlər bahalaşmayıb. Polşada soğanın qiyməti 0,37 sentdən 0,33 sentə qədər, Belorusiyada isə 0,26 sentdən 0,19 sentə qədər azalıb. Qeyd edilməlidir ki, “East Fruit”-un layihəsinin davamlı monitorinqinə daxil olan ölkələr arasında soğanın ən baha qiyməti Polşadadır. Burada soğanın qiyməti 0,33 sentdir.

Mənbə: BPN
Print