"Dünya iqtisadi azadlıq" reytinqində Gürcüstan 12-ci yerdədir
“Freizer İnstitutu”-nun (Fraser institute) 2019-cu ilin “Dünya iqtisadi azadlıq” reytinqinə əsasən, Gürcüstan bir pillə irəliləyib və 162 ölkə arasında 12-ci yeri tutub.

Keçən il ilə müqayisədə Gürcüstanın reytinq balı da artıb və 7,94 olub.

Bu haqda məlumatı İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi yayır.

“Freyzer institutu” ölkələrin “Dünya iqtisadi azadlığı” reytinqini beş əsas istiqamətlə dəyərləndirir – hakimiyyətin təsiri, hüquq-ədalət sistemi və sahibkarların haqlarının qorunması, möhkəm valyuta və tənzimləmələr.

Hakimiyyətin təsiri sahəsində Gürcüstanın balı 7,58 olub.

Hüquq-ədalət sistemi və sahibkarların haqlarının qorunması – 6,34 bal;

Beynəlxalq azad ticarət – 8,74 bal;

Tənzimləmələr – 8.15 bal.

Keçən ilki ilə müqayisədə iqtisadi durumun düzəlməsi, ölkələrin beynəlxalq reytinqinə də müsbət təsir göstərib.

Mənbə: Birinci Kanal
Print Email
FaceBook Twitter Google