"Hakimiyyət prosesin fasilitatorudur, qərar verəni deyil" - Qoqa Qiğuradze prioritetlər sənədi haqqında
Marneuli Meriyası 2020-2023-cü illərin
prioritetlər sənədinin hazırlanması məqsədi ilə əhali arasında
sorğular keçirməyə başlyıb.
Sorğuya gənclər fəal şəkildə qoşulublar və
onlar sorğu anketi vasitəsilə kəndlərində olmasını istədikləri üç
əsas prioritetli istiqaməti seçirlər.
"Marneuli" radiosu özünüidarətmə məsələləri üzrə ekspert Qoqa
Qiğuradze ilə müsahibə yazıb. O, prioritetlər sənədinin əsas
əhəmiyyətindən danışıb. Qiğuradzenin dediyinə görə, yerli əhəmiyyət
daşıyan məsələlərin əhali tərəfindən qəbul edildikdə nəticə əldə
edilmiş olacaq.
“Bələdiyyənin maddi imkanları nə qədər az olarsa bir o qədər
uzunmüddətli planlaşdırma alətlərindən istifadə edilməyə ehtiyac
var. Əgər mən qısamüddətli perspektivdə problemi həll edə
bilmirəmsə o zaman üç illik inkişaf planı lazımdır. Plana uyğun
şəkildə hərəkət edəcəksiniz və konkret nəticə əldə edəcəksiniz.
Prioritetlər sənədi vacibdir ona görə ki, vətəndaşlar hakimiyyətlə
razılaşıblar. Hakimiyyət yalnız prosesin fasilitatorudur. O qərar
qəbul edən deyil. Qərar qəbul edən əhalidir” – Qoqa
Qiğuradze deyir.
Qiğuradzenin sözlərinə görə, tez-tez prioritetlər sənədi formaldır
və ondan təcrübədə büdcəsnin planlaşdırılması prosesində istifadə
etmirik. Proqramın konkret məqsədi olmalıdır və ölçülməlidir.
“Deyək ki, Marneuli meri ilin sonunda çıxır və deyir
ki, mən, məsələn, büdcəni, bu il planlaşdırılan işləri uğurla
yerinə yetirdim. Bu uğurun nə ilə ölçüldüyü əhəmiyyətlidir. Bu
konkret indikatorlarla ölçülməlidir. Harada olduğumuz
öyərnilməlidir ki, faiz artımımızın olub olmamasını müqayisə edək.
Bu baş vermir. Biz bələdiyyə xidmətləri istiqamətində vəziyyətimizi
qiymətləndirmirik. Sonra heç cür uğurumuzu ölçə bilməyəcəyik.
Haradan başladığımızı bilməsək haraya getməli olduğumuzu heç vaxt
bilməyəcəyik” – Qoqa Qiğuradze deyir.
Qiğuradzenin sözlərinə görə, bütün bu suallara prioritetlər sənədi
cavab verir. O, bir tərəfdən mövcud vəziyyəti qiymətləndirir və üç
istiqaməti qeyd edir – haradan gəldik, haradayıq və hara gedirik.
Əgər bu suala sənəd cavab vermirsə və meriya bundan büdcənin
planlaşdırılmasında istifadə edəcəksə, o zaman məqsədə də az-az
nail olmuş olarıq.
"Marneuli" radiosu bələdiyyənin meri Zaur Darğallıya sual verdi ki,
indi sorğu siyahısında olan məsələlərin prioritetlər sənədində
başqa cür göstərilməsini planlaşdırırlar ya yox.
“Demək istəyirəm ki, biz birinci il asan formada sorğu
keçirməyə başladıq. Bu pilot ilidir. NDİ-ın (Milli Demokratik
İnstitut) dəstəyi ilə bunların hamısını həyata keçiririk və analiz
komponentdi də nəzərə alınıb. Gələn il üçün biz daha da çətin
formada sorğu keçirməyi planlaşdırırıq. Orada yalnız infrastruktur
layihələri deyil həm də vətəndaşların özlərinin qoşulmasına
istiqamətlənən məsələlər də olacaq” – Zaur Darğallı
deyir.
Əhali arasında prioritetlərin sorğusu prossinə təqribən 150 könüllü
qoşulub.
"Marneuli" Radiosu