Marneulinin 3 kəndində yolların təmir-bərpası, bir kəndində isə asfalt örtüyünün çəkilməsi planlaşdırılır

Marneuli meriyası 4 kənddə yollara asfalt qatının çəkilməsi/təmir-bərpa işlərinin smeta sənədlərinin hazırlanması üçün tender elan edib.



Birinci tenderə əsasən meriya Marneuli şəhərinin Yağlıca məntəqəsində yollara asfalt qatının çəkilməsinin smeta sənədlərinin tərtib olunması xidməti üçün 25 400 lari ödəyəcək.

İkinci tenderə görə meriya Dolisğana, Ağməmmədli və Xutor-Lejbəddin kəndlərində yolların təmir-bərpa işləri üçün lazım olan smeta sənədlərini 18 000 lariyə alacaq.

Marneuli meriyası hər iki tenderi 11 sentyabrda elan edib. Tenderdə iştirak etmək istəyən şirkətlər isə 20 sentyabrdan 23 sentyabra qədər müraciət edə bilərlər.

"Marneuli" Radiosu

Print Email
FaceBook Twitter Google