Qadına qarşı zorakılıq edənlərə elektron nəzarət tətbiq oluna bilər
Daxili İşlər naziri Vaxtanq Qomelauri Gürcüstan hökumətinə “qadına qarşı zorakılıq və ya ailədə zorakılığın aradan qaldırılması, zorakılıq qurbanlarının müdafiəsi və yardımı haqqında” Gürcüstan qanununa dəyişiklik daxil edilməsi ilə bağlı qanun layihəsi təqdim edib”.

DİN-nin məlumatına görə təqdim olunan dəyişikliklər zorakıya qarşı verilmiş həbs orderinin icrasının elektron nəzarətin tətbiq edilməsi yolu ilə təmin edilməsini nəzərdə tutur və bu qadına qarşı zorakılıq və ailədə zorakılığın təkrar olunmasının aradan qaldırılmasına və qurbanların qorunmasına dəstək olacaq.

Qanun layihəsinə əsasən:
  • Qadına qarşı zorakılıq və ya ailədə zorakılıq faktı ilə bağlı zorakılığın təkrar olunması ilə bağlı real təhlükə olan, həbs orderinin verilməsi zaman məhkəmə qərarı ilə zorakı şəxsə 1 ay elektron nəzarət tətbiq oluna bilər. Bunun məqsədi qurbana yaxınlaşmanın qadağan eilməsinə nəzarət etməkdir;

  • Elektron nəzarətin həyata keçirilməsi haqqında protocol tərtib olunur və tətbiq olunduqdan 24 saat ərzində təsdiqlənmək üçün məhkəməyə vetilir.

  • Zorakı tərəfindən elektron nəzarət öhdəliyinin yerinə yetiriləməsi və ya elektron nəzarətdən qəsdən uzaqlaşmaq, həbs orderi ilə nəzərdə tutulmuş tələblərin yerinə yetirilməməsidir və cinayət məsuliyyətinə səbəb olur (1 il müddətinə azadlıqdan məhrumetməni nəzərdə tutur).

  • Ailədə zorakılıq qurbanının maraqlarını nəzərə almaqla müdafiə orderinin qüvvədə olma müddəti 6 ay əvəzinə 9 aya qədər uzadılır. Qeyd olunan müddəti məhkəmə müəyyən edir.

  • Ailə üzvünün sefinisiyasi genişlənir, ailə üzvlərinin siyahısına keçmişdə qeydiyyatdan keçməmiş evlilikdə olan, dəsətk qəbul edən, qəyyumluq və qəyyumluqda olan şəxs əlavə olunur.

Layihə BMT-nin Qadın Təşkilatı UN WOMEN-in dəstəyi ilə həyata keçirilir. Təşkilat 100 elektrin biləklik və müvafiq infrastrukur alıb, Daxili İşlər Naziriyinə verib.

Print Email
FaceBook Twitter Google