Əhali ən yaxşı Provoslav kilsəsini, ən pis isə parlamentin fəaliyyətini qiymətləndirir
NDİ-ın araşdırmasına əsasən İnstitutlar arasında əhali Gürcüstanın Provoslav Kilsəsinin fəaliyyətini müsbət dəyərləndirir.

Provoslav kilsəsinin fəaliyyətini sorğuda iştirak edənlərin 64% müsbət, 20%-orta, 5% pis dəyərləndirir.

İkinci yerdə Ədliyyə evləri durur. Onların fəaliyyətini 57% müsbət, 25% orta, 8% pis dəyərləndirir.

Sonra 53%-lik müsbət dəyərləndirmə ilə ordu gəlir. Ordunun fəaliyyətini 28% orta 8% pis dəyərləndirir.

Gürcüstan polisinin fəaliyyətini əhalinin 42% müsbət, 37% orta, 14 faizi mənfi qiymətləndirir.

İnstitutlar arasında ən pis qiymətləndirməni Gürcüstan Parlamenti qazanıb. Qanunvericilik orqanının fəaliyyətini 8% müsbət, 39% orta, 42% mənfi dəyərləndirir.

Eləcə də Tbilisi bələdiyyə məclisinin mənfi reytinqi var (9% müsbət, 28% mənfi dəyərləndirir) və ümumi məhkəmələr (10% müsbət, 28% mənfi dəyərləndirir). Sorğuda 2 131 respondent iştirak edib. Araşdırmanın orta səhv həddi +/- 1,7-dir.

Mənbə: Netgazeti
Print