Xəbərlər
Marneuli Uşaq Bağçaları Birliyini ayrı-seçkilikdə ittiham edirlər

Marqarita Miskaryan Marneuli Uşaq Bağçaları Birliyini bir növ ayrı-seçkilikdə ittiham edir. O, bir neçə gün əvvəl bilib ki, onu Dəmyə kəndində məktəbəqədər hazırlıq mərkəzinə gürcü dili müəllimi vəzifəsinə qəbul etməyiblər.

Səbəb olaraq isə uşaqlarla ünsiyyət təcrübəsinin olmamasını qeyd ediblər. 18 yaşlı Marqo deyir ki, qərarı onun uşağının olmamasına görə veriblər.

Çalışmaq istəyən üç namizəddən üçünün də faktiki olaraq göstəriciləri eyni olub.

“Müsahibəyə gedəndə Zaur Kərəmov (Uşaq Bağçaları Birliyinin rəhbəri) və metodist orada idi. Metodist soruşdu ki, uşağın varmı? Dedim yoxdur və sonra soruşdu ki, uşaqlarla çalışmaq necədir, nə düşünürsən? Dedim elə də çətin deyil və asan da deyil. Hər uşaq fərdidir və güldü. Sonra metodist dedi ki, gürcü dilini bilməyim yaxşıdır, amma artıq qərar qəbul etmişik və üç uşağı olan namizədə üstünlük verdik.”

Dəmyə kəndinin məktəbəqədər hazırlıq mərkəzinə gürcü dili müəllimi vəzifəsinə üç uşaq anası Anjela Karaxanyan qəbul seçilib. Hazırda o, ölkə xaricində olduğu üçün onunla əlaqə yarada bilmədik. Marneuli Uşaq Bağçaları Birliyinin rəhbəri Zaur Kərəmov isə deyir ki, işə “layiqli olan namizədi seçiblər”.

“Şərtlər həmişə eynidir, A2 səviyyəsində gürcü dilini bilmək. Üstnülüklərdən biri o idi ki, o qadının uşaqları var və uşaqlarla ünsiyyətdə təcrübəlidir. Digərləri məktəbi keçən il bitirənlər idi.”

Kərəmovun sözlərinə görə, qəbul edilməyən namizədlər rezerv siyahısındadır. Əgər Anjela onların gözləntilərini qane etməsə, əvəzetmə olacaq. Gürcü dili pedaqoquna fəaliyyətini müşahidə etmək üçün altı aylıq sınaq müddəti veriblər.

“Marneuli” radiosu fakta aydınlıq gətirmək üçün insan hüquqları müdafiəçilərinə müraciət etdi. Onlar məsələ ilə maraqlandılar və dedilər ki, işi araşdırmaq üçün onlara vaxt lazımdır.

Dəmyə kəndinin məktəbəqədər hazırlıq mərkəzində bu il 17 uşaq var. Yeni gürcü dili müəllimi işə oktyabrdan başlayacaq.

 

FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər
“Gürcüstan üçün indi yaxşı
mərhələdir, çünki ölkə tam proporsiyonal seçki sisteminə keçir və
düşünürəm ki, bu proses ölkədəki demokratik institutların inkişafı
üçün irəli atılan addım olacaq və daha çox plyüralizmin yaranmasına
imkan verəcək”, – bu bəyanatı ABŞ-ın Gürcüstandakı
səfi vəzifəsinin icra edən Elizabet Rud USAİD tərəfindən yeni dörd
illik seçki və siyasi proseslər proqramının başladılması ilə bağlı
keçirilən tədbirdə verdi.

“Gürcüstan üçün indi yaxşı mərhələdir, çünki ölkə tam proporsiyonal seçki sisteminə keçir və düşünürəm ki, bu proses ölkədəki demokratik institutların inkişafı üçün irəli atılan addım olacaq və daha çox plyüralizmin yaranmasına imkan verəcək”, – bu bəyanatı ABŞ-ın Gürcüstandakı səfi vəzifəsinin icra edən Elizabet Rud USAİD tərəfindən yeni dörd illik seçki və siyasi proseslər proqramının başladılması ilə bağlı keçirilən tədbirdə verdi.

Bu gün, 18 oktyabr tarixində Marneuli “Çay
Evində” Gürcüstan iqtisadiyyatı, problemlər və onların həlli
yolları ilə bağlı söhbət açıblar.

Bu gün, 18 oktyabr tarixində Marneuli “Çay Evində” Gürcüstan iqtisadiyyatı, problemlər və onların həlli yolları ilə bağlı söhbət açıblar.

Amerika hökuməti Gürcüstanın milli parklarının
qorunması və onların iqtisadi stabilliyinin nail olunması üçün 1.6
milyon dollarlıq beş illik proqrama başlayır.
Amerika hökuməti Gürcüstanın milli parklarının qorunması və onların iqtisadi stabilliyinin nail olunması üçün 1.6 milyon dollarlıq beş illik proqrama başlayır.
“Qara arx “ adlanan su kanalının Marneuli
şəhəri Jordaniya küçəsi ərazisindən keçən hissəsində anti-sanitar
vəziyyəti açıq-aydın görmək mümkündür.
“Qara arx “ adlanan su kanalının Marneuli şəhəri Jordaniya küçəsi ərazisindən keçən hissəsində anti-sanitar vəziyyəti açıq-aydın görmək mümkündür.
Marneuli sakini Kutaisi Beynəlxalq
Aeroportunda problemlə qarşılaşdığını deyir. Sakinin sözlərinə
görə, ailəsi Avropada yaşayır.
Marneuli sakini Kutaisi Beynəlxalq Aeroportunda problemlə qarşılaşdığını deyir. Sakinin sözlərinə görə, ailəsi Avropada yaşayır.
“Marneuli” radiosunun jurnalisti Vladimer
Çxitunidze deyir ki, onun fəaliyyətinə görə onun atası Marneuli
Seçki Dairə Komitəsində xoşagəlməz əməkdaşa çevrilib.
“Marneuli” radiosunun jurnalisti Vladimer Çxitunidze deyir ki, onun fəaliyyətinə görə onun atası Marneuli Seçki Dairə Komitəsində xoşagəlməz əməkdaşa çevrilib.
17 oktyabrda,
axşam saat 10-da Çiaturada, Darkveti mədənində gənc mədənçi həlak
olub. “Corcian Manqanez”ə əsasən 29 yaşlı Q.B. dünyasını
dəyişib.
17 oktyabrda, axşam saat 10-da Çiaturada, Darkveti mədənində gənc mədənçi həlak olub. “Corcian Manqanez”ə əsasən 29 yaşlı Q.B. dünyasını dəyişib.
DİN-nin
məlumatına görə 2018-ci ildə həddi-büluğa çatmamış şəxslərin
evliliyi ilə bağlı 180-ə qədər işlə bağlı istintaq
başlayıb.
DİN-nin məlumatına görə 2018-ci ildə həddi-büluğa çatmamış şəxslərin evliliyi ilə bağlı 180-ə qədər işlə bağlı istintaq başlayıb.