Gürcüstanın Baş Nazirinin Azərbaycana rəsmi səfəri başa çatıb
Gürcüstanın Baş Naziri Qiorqi Qaxariyanın
Azərbaycan Respublikasına rəsmi səfəri oktyabrın 9-da başa
çatıb.
"Marneuli" radiosu "Report"a istinadən xəbər verir ki, hər iki
ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq
Aeroportunda Qiorqi Qaxariyanın şərəfinə fəxri qarovul dəstəsi
düzülüb.
Baş Nazir Qiorqi Qaxariyanı Azərbaycanın Baş Nazirinin müavini Əli
Həsənov, Xarici İşlər nazirinin müavini Xələf Xələfov və digər
rəsmi şəxslər yola salıblar.