Saimerlo kəndinin uşaq bağçası heç bu gün, 10
oktyabrda da açılmadı.
Uşaq Bağçaları Birliyinin sədri Zaur Kərəmov buna səbəb olaraq
inventarın olmamasını qeyd edir və bildirir ki, bir neçə günə
əşyaların bağçaya yerləşdirilməsi prosesi başa çatacaq.
“Əşyalar gətirilir, tam gətirilməyib ona görə təxirə
saldıq. Bir-iki günə hazır olacağıq. Sonra açılış Meriyanın
qərarına bağlıdır. İndi də burada, Saimerlo
bağçasındayam”, - Kərəmov deyir.
Baxmayaraq ki, bələdiyyə miqyasında bağçalar 16 sentyabrdan
fəaliyyətə başlayıb, Saimerlo bağçasının 140-a yaxın yetirməsi evdə
qalıb. Səbəb isə bələdiyyənin məişət texnikası, soyuducular və
başqa vacib əşyalar almalı olduğu tenderin pozulmasıdır.
Saimerloda yeni uşaq bağçasının tikintisi binanın qəzalı vəziyyətdə
olmasına görə vacib olub. İki il ərzində 100-ə qədər yetirmə həmin
kənddəki evlərdən birində tədris prosesini keçirdi.
İndi uşaq bağçası “Memontaje Nika” MMC tərəfindən tikilib, işlərin
həyata keçirilməsi üçün 1 ildən artıq vaxt lazım olub. Yerli
büdcədən layihəyə üçün 587 000 lari xərclənib.
Bələdiyyədə hazırda 14 bağça fəaliyyət göstərir, bu isə Marneuli
miqyasında məktəbəqədər tədrisi tam təmin etmir. Məsələn, bu il
yerlərin sayı az olduğuna görə 200 uşaq rezerv siyahısında
qalıb.