10 kəndə içməli su verilib, bununla belə boruların dəyişdirilməsinə ehtiyac var
“Kürtlər, Algeti və Kəpənəkçi inzibati ərazi vahidlərinə daxil olan kəndlərdə bir neçə gün idi ki, əhaliyə içməli su verilmirdi. Bu gündən həmin kəndlərə içməli suyun verilməsi bərpa olunub”, - bu haqda bizimlə söhbəti zamanı “Marneuli Kənd Suları” MMC-nin direktoru Nəbi Abdullayev məlumat verdi. Onun sözlərinə görə, Böyük Muğanlı ərazisindən keçən boru xəttində iki metrə yaxın dəmir boruda qəza baş vermişdi və buna görə də əhaliyə içməli suyun verilməsi dayandırılmışdı.

“Artıq həmin kəndlərə içməli suyun verilməsi bərpa olunub. Qəzanın baş verdiyi hissə artıq dəyişdirilib. İki gün ərzində əməkdaşlarmız qəzanın aradan qaldırılması üçün çalışırdılar və ötən gün işlər yekunlaşdı və içməli suyun verilməsi bərpa olundu”, - Nəbi Abdullayev dedi.

Nəbi Abdullayevin sözlərinə görə, 14 km-lik boru xətti qəzalı vəziyyətdədir və artıq meriya həmin layihə üzərində çalışır və yaxın zamanlarda layihənin icrasına başlanılacaq. Bununla belə o, boruların dəyişdirilməsinə nə zaman başlanılacağı barədə dəqiq məlumatı olmadığını bildirdi.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər