Davit Zalkaliani - Davit Qareci monastır kompleksinin sabahdan açılması İlham Əliyevlə Qiorqi Qaxarianın görüşünün nəticəsidir

Gürcüstan və Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyasi və demarkasiyası komissiyasının növbəti iclası güman ki, Gürcüstanda keçiriləcək – bu haqda hökumət iclası başa çatdıqdan sonra Xarici İşlər naziri Davit Zalkaliani bildirib.



Nazirinin məlumatına görə Azərbaycan tərəfindən bu məsələ ilə bağlı artıq hazır olduqlarını bildiriblər.

“Delimitiasiya komissiyası çərçivəsində işlər davam edir. Yaxşı məlumdur ki, bu dövr ərzində ekspertlərin görüşü keçirildi, həmin yeri də nəzərdən keçiriblər, vəziyyəti araşdırıblar, xəritələr də tərtib olunub. Komissiyanın ilk görüşü Bakıda baş tutdu və Azərbaycanlı həmkarlarımızı Gürcüstana dəvət etməyə hazırıq və delimitasiya ilə bağlı növbəti müzakirələr məhz burada aparılacaq”, – Davit Zalkaliani bildirib.

O, Gürcüstan Baş nazirinin Azərbayacana ilk səfərini müzakirə edib və qeyd edib ki, heyət Gürcüstana mühüm nəticələrlə qayıdıb, ona əsasən sabahdan ruhanilər üçün Davit Qareci kompleksi çərçivəsində olan kilsələr açılacaq.

“Biz mühüm nəticələrlə qayıtdıq və bu İlham Əliyevlə Qiorqi Qaxarianın ikitərəfli görüşü nəticəsində baş verdi. Bütün əsas istiqamətlərdə çox səmimi söhbət apardılar. Əsas odur ki, Azərbaycanlı həmkarlar tərəfindən anlayış var. Bu görüşün vacib nəticələrindən biri də odur ki, Davit Qareci monastır kompleksində olan monastırlara yol açılacaq. Biz eləcə də razılaşdıq ki, addım-addım irəli gedək. Problem çox həssasdır, Sovet dövründən ağır mirasımız var və qərar vermək də belə tez olmayacaq, ona görə əsas odur ki, mövcud maneələri dərhal aradan qaldıraq. Yaxşı oldu ki, görüş nəticəsində buna nail odluq və daha da irəli getməyimiz əhəmiyyətlidir və bütün maneələri aşmalıyıq”, – Zalkaliani bildirib.

Onun sözlərinə görə, sabahdan Davit Qareci kompleksi çərçivəsində olan kilsələr ruhanilər üçün açılacaq, sonra isə artıq növbəti addımlar müzakirə olunacaq ki, bu məkanın ibadət edənlər üçün açılması necə olacaq.

Mənbə: On

Print Email
FaceBook Twitter Google