Davit Qareci kompleksinin kilsələri gürcü ruhaniləri üçün açılacaq - Qaxariya
Baş nazir Qiorqi Qaxarianın bəyanatına görə, sabahdan, 11 oktyabrdan Davit Qareci Kompleksində olan bütün monastırlar gürcü ruhaniləri üçün açılacaq. Baş nazir qeyd edib ki, bu məsələ ilə bağlı Azərbaycana səfəri zamanı prezident İlham Əliyevlə danışıb.

“Əliyev sərəncam verdi ki, bizi birləşdirən tariximiz və coğrafiyamız var və əlbəttə, bununla tam razıyam... Məhz bunun əsasında baş verən hadisələrlə bağlı tam açıq söhbətimiz oldu”, – Qaxaria hökumət iclası başlamazdan əvvəl bildirib.

O, bir daha qeyd edib ki, Gürcüstan və Azərbaycan arasında sərhədin müəyyən edilməmiş hissələri sovet dövründən qalan mirasdır. Baş nazir eləcə də qeyd edib ki, bu məsələlərə qarşı ifadələrdə və hərəkətlərdə hamı ehtiyatlı olmalıdır:

“Biz bir daha qeyd etdik ki, bu problem iki ölkənin milli maraqlarını, tarixi irsini və kilsənin maraqlarını nəzərə alaraq həll olunmalıdır. Bu yanaşmanın ən vacib komponentidir”.

Baş nazirin Azərbaycana səfərinə qədər Gürcüstanın Pravoslav kilsəsinin Katolik-Patriarxı İkinci İlia bəyanat yayımlayıb. Patriarx demarkasiya prosesi başa çatana qədər statusun bərpasını tələb edirdi ki, ibadət edənlər, turistlər və ruhanilər monastıra daxil ola bilsinlər.

İkinci İlia yazırdı ki, Azərbaycan tərəfinin hərəkətləri anlaşılmazdır və buna görə də dindarlar, turistlər və ruhanilər Udabno və Çiçxuturi monastırlarının ərazisində daxil ola bilmirlər.

“Belə çıxır ki, bu qədər müddətin reallığı bu il, heç bir məntiq olmadan, dəyişib və biz buna uyğunlaşa bilmirik”, – Patriarx bildirib.

Gürcüstan-Azərbaycan sərhədinin Davit Qareci monastırı hissəsində hərəkət etməklə bağlı məhdudiyyətlər bir neçə həftə əvvəl təyin olunub. Xarici İşlər nazirinin müavini Laşa Darsalianın bildirdiyinə görə, məhdudiyyətlər təhlükəsizlik və bundan sonra baş verə biləcək hadisələrin aradan qaldırılması məqsədi ilə qoyulub.

14 iyulda sərhədin Davit Qareci hissəsində yerli əhali və Azərbaycanlı sərhədçilər arasında qarşıdurma baş verib. Darsalianın sözlərinə görə, hadisədən sonra Azərbaycan tərəfi onun nəzarət etdiyi ərazidə sərhədçilərin sayını artırıb və maddi-texniki təminat üçün lazım olan müvəqqəti infrastruktur yerləşdirib. Bununla yanaşı gürcü sərhədçilərinin sayı da artırılıb.

Davit Qareci ilə bağlı Gürcüstan-Azərbaycan sərhədində vəziyyət son aylar ərzində bir neçə dəfə gərginləşib. Apreldə monastır kompleksinin yolu dörd gün ərzində bağlı olub, ancaq sonra açıldı. Sərhədin müəyyənləşdirilməsi məsələsi üzərində xüsusi komissiya çalışır və komissiyaya Azərbaycan və Gürcüstan tərəfindən nümayəndələr daxildir.

Mənbə: On
Print Email
FaceBook Twitter Google