19 yaşlı qızın qaçırılması ittihamı ilə 2 nəfər saxlanılıb
Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Qardabani rayon İdarəsinin əməkdaşları 1990-cı il təvəllüdlü P.A. və 1991-ci il təvəllüdlü İ.A.-nı qanunsuz şəkildə azadlıqdan məhrum etmək ittihamı ilə saxlayıblar.

Cinayət 7-dən 10 ilə qədər müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.

“İstintaqla aydın olub ki, P.A., yoldaşı İ.A. ilə birgə Qardabani bələdiyyəsinin Təzəkənd kəndindən, evlənmək məqsədi ilə, həmin kəndin sakini 2000-ci il təvəllüdlü B.Q. nı qanunsuz azadlıqdan məhrum edib və maşınla Marneuli istiqamətinə aparıb. İkinci Keşəli kəndinə gedərkən, B.Q. qaça bilib, P.A. və İ.A. isə hadisə yerindən qaçaraq gizləniblər. Hüquqmühafizəçiləri hər iki müttəhimi, davamlı istintaq nəticəsində, hakimin hökmü əsasında Tbilisidə saxlayıb. Mütəşəkkil qrup tərəfindən qanunsuz azadlıqdan məhrum etmək faktı ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 143-cü maddəsinin 3-cü hissəsinin “a” altbəndi ilə istintaq aparılır”, – DİN-nin bəyanatında deyilir.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google