Qiorqi Qaxariya Ermənistana səfər edəcək
Gürcüstanın baş naziri Qiorqi Qaxariyanın Gürcüstanın qonşu ölkələrinə rəsmi səfəri davam edir.

Hökumət administrasiyasının mətbuat xidmətinin məlumatına görə, bu gün hökumət başçısı Ermənistana rəsmi səfər edəcək.

Bunula yanaşı, baş nazirin Türkiyəyə də səfəri planlaşdırılır.

Baş nazirin mətbuat xidmətindən o da bildirilib ki, Avropa Komissiyasında hazırda aparılan kadr dəyişilliklərinin başa çatmasından sonra Qiorqi Qaxariyanın Brüsselə səfəri olacaq.

Xatırladaq ki, Q. Qaxaria sentyabrın 8-də Gürcüstan hökumətinin başçısı təyin olunub. O, ilk rəsmi səfərini oktyabrın 9-da Azərbaycana edib.

Mənbə: Birinci Kanal
Print Email
FaceBook Twitter Google