Saimerlo uşaq bağçasının rəsmi açılışı oldu (FOTO)
Bu gün, 15 oktyabr tarixidnə Saimerlo uşaq bağçasının rəsmi açılışı oldu. İkimərtəbəli binanın tam yeni infrastrukturu var. İkinci mərtəbədə uşaq qrupları ilə yanaşı administrasiya üçün otaqlar və tədbir zalı yerləşir. Bina fiziki məhdudiyyətli şəxslər üçün adaptasiya olunub. Bağçanın açılış mərasimində yerli özünüidarəetmə nümayəndələri və Kvemo Kartlinin Dövlət qubernatoru Şota Rexviaşvili iştirak edirdi. Marneuli meri Zaur Darğallının sözlərinə görə, məktəbəqədər tədris almaq bütün uşaqlar üçün əlçatan olmalıdır.

“Bələdiyyənin İnkişaf Fondunun dəstəyi ilə Marneulidə bağçaların tikilməsi planlaşdırılıb. Biz gələn il üçün bağçalardan birində korpus əlavə etməyi düşünürük və mövcud otaqlar tam bərpa olunacaq. Bu yeni büdcədə nəzərə alınacaq. Bu istiqamətdə çalışmağa davam edəcəyik ki, Marneulidə hər bir uşağın yeni təmir olunmuş, müasir bağçaya getmək imkanı olsun”,
– Zaur Darğallı dedi.

Kvemo Kartli qubernatoru Şota Rexviaşvilinin sözlərinə görə, Kvemo Kartli miqyasında uşaq bağçalarının tikintisi davamlı olaraq aparılır.

“Saimerlo kəndində uşaqlar və məktəbəqədər tədris müəssisənin pedaqoqları, dayələri, validyenlər böyük hədiyyə aldılar. Mən bu gün münasibəti ilə onları təbrik edirəm. Çox lazımlı xidmət təqdim etdik. Bələdiyyənin maliyyəsi ilə 600 000 larilik maddi invesitiya həyata keçirildi və 120 uşaq üçün tam müasir bağça açıldı. Bu uşaqların keyfiyyətli məktəbəqədər tədris alacağına və ali təhsil almaq üçün hazırlanacaqlarına zəmanətdir”, – Şota Rexviaşvili dedi.

Saimerlo uşaq bağçasının açılışına tədbir də həsr edilmişdi. Yetirmələr oxudular, rəqs etdilər və şeirlər söylədilər.

Saimerloda yeni uşaq bağçasının tikintisi binanın qəzalı vəziyyətdə olmasına görə vacib olub. İki il ərzində 100-ə qədər uşaq həmin kənddi fərdi evlərdən birində tədris prosesi keçib.

Bələdiyyədə hazırda 14 bağça fəaliyyət göstərir, ancaq bu bağçalar Marneuli miqyasında məktəbəqədər tədrisi tam təmin etmir. Bu il yetərli sayda yer olmadığına görə, 200-ə yaxın uşaq ehtiiyat siyahısında qalıb.


Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print Email
FaceBook Twitter Google