Marneulili idmançılar Tbilisi şəhərində keçirilən çempionatda iştirak ediblər
13 oktyabr tarixində Marneulili idmançılar Tbilisi şəhərində keçirilən “Savate üzrə Tbilisi açıq çempionat”ında iştirak ediblər. Bu haqda məlumatı “Marneuli” radiosu ilə söhbəti zamanı “Muaytay” və “Savate” federasiyasının vitse-prezidenti Faiq Məmmədov verdi.

Onun sözlərinə görə, Tbilisidə keçirilən “Savate üzrə Tbilisi açıq çempionatı”na onun beş tələbəsi qatılıb. Onlardan 65 kq çəki dərəcəsində Araz Şıxıyev və 45 kq çəki dərəcəsində Nicat Mursaqulov bütün rəqiblərinə qalib gələrək birinci yeri tutublar.

Digər idmançılar 60 kq çəkidə Elnur Hüseynov və 43 kq çəkidə Tofiq Mənsurov ikinci yerə layiq görülüblər. 40 kq çəki dərəcəsində mübarizə aparan Kənan Musayev isə üçüncü yerə çıxıb.

Faiq Məmmədov onu da qeyd etdi ki, yarışda onun yetirmələrindən başqa Marneulidə idmanla məşğul olan məşqçilər Müşviq Əliyev və Roman Mehdiyevin tələbələri də iştirak ediblər.

Onu da əlavə edək ki, “Savate üzrə Tbilisi açıq çempionat”ında birinci və ikinci yerə layiq görülən idmançılar noyabrın 1, 2, 3-ü Tbilisidə keçiriləcək beynəlxalq turnirdə iştirak etmək üçün vəsiqə qazanıblar.

Print Email
FaceBook Twitter Google