Marneulinin “Avtoparkı” hesab edir ki, xətti dayandırmaqla əhaliyə hərəkət etməkdə problem yaranmır
Bu
gün, 15 oktyabrda, səhər saatlarında Tamarisi kəndində bələdiyyə
avtobusu xarab olub. Marneuli bələdiyyəsinin “Avtoparkı” Tamarisi
xəttinə Marneuli-Algetinin “sarı avtobusu”nu buraxıb.
Bizimlə söhbət zamanı Algeti sakini Samirə
Bayramova bildirdi ki, avtobus Algetidən saat 08:00-da çıxmalı idi,
bunun əvəzində isə saat 10:00-da çıxıb. Bayramovanın sözlərinə
görə, o, başqa sərnişinlər kimi “Avtoparkın” qərarına görə işə
gecikib.
"Marneuli" radiosu ilə söhbəti zamanı Marneulinin “Avtoparkın”
direktoru Qiqa Calağniya deyir ki, Algetinin xəttində özəl
nəqliyyat çalışır və buna görə də əhalinin hərəkət etmək problemi
olduğuna inanmır.
“Avtobus xarab olan zaman xəttlərin yüklü olmasını və nəqliyyatın
hərəkət planını bilirik və buna əsasən nəqliyyatı bir xəttdən
digərinə keçiririk. Ehtiyat üçün nəqliyyatımız da var, amma indiki
mərhələdə 3 maşın xarab olub”, - Qiqa Calağniya
dedi.
Avtoparkın rəhbəri eləcə də izah edir ki, onların balansında cəmi
20 avtobus qeydiyyatdan keçib. Onun sözlərinə görə, avtobusların
iyirmisi də texniki baxışdan hər ay uğurla keçir. Nəqliyyatın xarab
olmasına gəldikdə isə, avtobuslar bütün gün çalışır və müxtəlif
hissələr sıradan çıxır.
“Biz cəmi doqquz xəttə xidmət göstəririk. Meriya 2020-ci il üçün
daha iki avtobus almağı planlaşdırır. Yaxşı olar ki, daha çox
nəqliyyatımız olsun ki, xəttlərin sayını da artıraq”,
- Qiqa Calağniya dedi.
Tamarisi avtobusu sıradan çıxan ilk avtobus deyil. Təqribən bir
həftə əvvəl Kirəç Muğanlı avtobusu da xarab olmuşdur və buna görə
əhali iki gün ictimai nəqliyyatdan kənar qalmışdı. Kirəç Muğanlı
sakinləri “sarı avtobusun” niyə hərəkət etməməsi səbəbini
bilmirdilər və onlar taksi ilə hərəkət etməli olurdular.