Marneulidə kişini bıçaqlayıblar
Bu
gün, 15 oktyabr tarixində təqribən saat 18:00 radələrində bazarın
ətraf ərazisində bir nəfər yaralanıb.
Kişi
soyuq silahla yaralanıb.
Daxili İşlər Nazirliyindən "Marneuli" radiosuna verilən məlumata
görə, Gürcüstan Cinayət Məcəlləsinin 117-ci maddəsi ilə istintaq
aparılır. Həmin maddə sağlamlığa qəsdən ağır zərər vurmanı nəzərdə
tutur.