Ulduz falı - Fəaliyyətinizdə harmoniyaya nail olun
16
Oktyabr 2019-cu il.
Qoç - Səhər saatlarından etibarən əhvalınız pisləşməsin.
Bədbinliyə qapılmayın. Ötən günlərdə yaşanan hadisələr indiki
proseslərə bilavasitə təsir edir.
Günün ikinci yarısında hansısa işə həddən artıq vaxt və qüvvə sərf
etsəniz, yaşam tonusu səviyyəsinin aşağı düşməsi qaçılmazdır.
Pozitiv olun, kiçik problemləri böyütməyin. Yaxınlarınızla
ünsiyyətdə səmimi olun. Aqressiv davranmayın.
Buğa - Fəaliyyətinizdə harmoniyaya nail olun. Təfərrüatlarına bələd
olmadığınız, detallarını dəqiqləşdirmədiyiniz işə başlamayın.
Belədə, yarıyolda zəiflədiyinizi, imkanlarınızın tükəndiyini hiss
edə bilərsiniz.
Başladığınız işi bitirin.
Günün ikinci yarısında yaxınlarınızla münasibətlərdə sərinləşməyə
imkan verməyin. Emosional olmayın.
Yaxın ətrafınızdakı insanların dediklərinə aqressiv münasibət
bəsləməyin.
Əkizlər - Adi, yeknəsəq günlərdən biridir. Hisslərə yox, məntiqə
əsaslanaraq hərəkət edin. Belədə, fəaliyyətinizdə və dəyər
verdiyiniz insanlarla münasibətlərdə xoşagəlməz sürprizlərlə
qarşılaşmayacaqsınız.
Günün ikinci yarısında qəfil istəklər, çılğın ideyalar istisna
deyil. Yeni layihəni və ya istəyi reallaşdırmaq fikrinə düşməzdən
əvvəl motivləri ayırd etməyə can atın.
Axşam saatlarında ailə üzvləri və qohumlarla münasibətləri
intensivləşdirin. Xoş emosiyalı anlar olacaq.
Xərçəng - Ətrafınızda baş verən hadisələrə təkan verən səbəbləri
aydınlaşdırın. Şəxsi münasibətlər, istəklər və arzularla yanaşı,
tərəfdaşlarla şəriklərin planları da önəmlidir. Çalışdığınız
kollektivdə mübahisə etməsəniz, hər şey yaxşı olacaq.
Günün ikinci yarısında əhvalınızda ciddi dəyişikliklər olacaq. Ani
çətinliklər sizdə durğunluq yaratmasın. Şübhələr planların
gerçəkləşdirilməsinə mane ola bilər.
Axşam saatlarında normal istirahət edin.
Şir - Mühüm qərarlar üçün yaxşı gündür. Tələsməyin, yaxşıca düşünüb
qərar verin. Yaşamınızın sahibi ola bilərsiniz. Peşəkar
mövqelərinizi səbatlaşdırın.
İşlə bağlı yeni münasibətlərin başlanması, sərfəli əməkdaşlıq
istisna deyil.
Günün ikinci yarısında sizi xoş sürpriz gözləyir. Qəfil hədiyyə,
dəvət və ya romantik görüş ola bilər.
Səfər və ya səyahəti planlaşdıra bilərsiniz. Yaşam arealının
dəyişdirilməsi faydalıdır, əhval-ruhiyyənizi yaxşılaşdıra
bilər.
Yaşam potensialı səviyyəsi yüksəkdir.
Qız - Kiçik problemlərin çözülməsi, cari məsələlərin həlli üçün
uğurlu gündür. Ciddi və ağır işlərə başlamayın. Səhv etmədən onları
başa vurmaq asan deyil. Təmaslarda diqqətli, sərrast olun. Yeni
tanışlıq, nüfuzlu insanın dəstəyi və ya yardımı istisna deyil.
İşdə rəhbərliklə problemləri müzakirə etmək, yeni layihəni nəzərdən
keçirmək olar.
Günün ikinci yarısı bilik, informasiya bazasını genişləndirmək,
yeni təcrübə əldə etmək üçün əlverişlidir. Alınmış məlumatların
mübadiləsində xeyir var. Mühüm qərarlar qəbul etməyə
tələsməyin.
Şəxsi münasibətlərdə diqqətli və həssas olun. İndi emosiyaların
təsiri altında yanlış addım ata bilərsiniz.
Tərəzi - Şəraitin formalaşdırdığı məqamlardan yararlanın. Hər
olaydan xeyir tapmaq olar. Yeni tərəfdaşlarla işgüzar əməkdaşlığa
başlamağın zamanıdır.
İşinizdə faydalı ola biləcək praktik məlumat və bilgilər əldə
edin.
Sənədləşdirmə, icazə və rüsxətlərin alınması, məmurlarla görüş,
sizin üçün mühüm məsələlərin həllinin asılı olduğu adamlarla
danışıqlar üçün yaxşı zamandır. Dostlar sizi xoş xəbərlərlə
sevindirəcəklər.
Yaxınlarınızda sizin üçün maraqlı xəbərlər var.
Əqrəb - Maraqlı tanışlıqlar vəd edən gündür. Diqqətə layiq olan
insanlar sizinlə maraqlanacaqlar. İstənilən görüş yaxşı keçəcək.
İşgüzar fəaliyyət və maliyyə ilə bağlı məsələləri qeyri-formal
şəraitdə müzakirə etmək olar. Kommersiya fəaliyyəti gəlir
verəcək.
Köhnə dostları yada salın. Onlardan birində faydalı məlumat və ya
maraqlı təklif ola bilər.
Günün ikinci yarısında alış-veriş etmək olar.
İdmanla məşğul olmağı unutmayın.
Aktiv və gümrah olmağa çalışın.
Oxatan - Səhər saatlarında alacağınız məlumat və gələcək
informasiyanı dəqiqləşdirin. İlkin təəssüratlar hansısa olay və ya
konkret şəxs barədə fikir yürütmək üçün yetərli deyil.
Təmkinli olun, soyuqqanlı davranın.
Günün ikinci yarısında cari problemlərin çözülməsi ilə məşğul olun.
İllüziyalara qapılmayın, boş vədlərə aldanmayın. Mümkün uğursuzluq
qorxusu əlinizi işdən soyutmamalıdır.
Yaxınlarınızı anlamağa meylli olun.
Oğlaq - Yaxın ətrafınızdakı insanlarla münasibətlərinizi
gərginləşdirməyin. Səmimi, anlayışlı insan təsiri bağışlayın.
Həmkarlar, tərəfdaşlar, müştərilər və iş yoldaşları ilə təmaslarda
praqmat olun.
Rəqiblərin sizi üstələməsinə imkan verməyin.
Günün ikinci yarısında qəfil hücuma məruz qala bilərsiniz.
Aqressiyanın qarşısını dərhal alın. Amma bunu düşünülmüş şəkildə
edin. Sevdiyiniz insanla ünsiyyətdə köhnə umu-küsünü xatırlamayın,
müzakirə etməyin.
Dolça - Çətin, qarışıq, xaosu xatırladan gündür. Əsla
gözləmədiyiniz hadisələr baş verəcək. Hadisələrin məcrası nəzərdə
tutmadığınız istiqamətə yönələ bilər. Nəzərdə tutduğunuz planları
reallaşdırmaq üçün var qüvvənizlə çalışın.
Gününi ikinci yarısında əvvəlki səhvlərin fəsadlarını,
yanlışlıqların nəticələrini aradan qaldırın. Texniki nasazlıq əlavə
zəhmət tələb edir.
Həmkarlarla anlaşılmazlıqları çözün.
Dəyər verdiyiniz insanla münasibətlərdə qarşılıqlı etimad xüsusi
əhəmiyyət kəsb edir.
Balıqlar - Tənbəl, astagəl, ətalətli olmayın. Diqqətiniz dağınıq
olmasın. İlk baxışdan əhəmiyyətsiz təsir bağışlayan məsələlərin
əslində ciddi əhəmiyyəti var.
Boş müzakirələr, mənasız söhbətlərdən uzaq olun.
Günün ikinci yarısında ən mühüm problemlərin həllinə başlayın.
İkinci dərəcəli məsələləri müvəqqəti olaraq təxirə salın.
Danışmaqla bahəm, qulaq asmağı da bacarsanız,
yaxşıdır.