Çox və dayanmadan əsnəyirsiz? - Təhlükəli əlamətlər
Fizioloji əsnəmək onurğalılara xas olub,
yorğunluq və ya darıxma zamanı baş verən normal haldır. Bu
refleksdir və ona mane olmaq olmur.
Elmdə elə bir qanun yoxdur ki, gündə neçə dəfə əsnəmək norma
salıyır. Adətən 7-25 dəfə əsnəmək belə insana xas norma hesab
edilir.
Amma əsnəmək bəzən patoloji səbəbdən ciddi siqnala çevrilə bilər
ki, bunu da hər adam vaxtında sezmir.
Marneulifm medicina.az-a istinadən çox və dərindən əsnəməyin hansı
patoloji pozulmaların siqnalı olduğunu araşdırıb.
Normal halda əsnəmək:
-Yuxu gələndə
-Bəzi dərmanlar, antihistamin, antidepressantlar qəbul etdikdə
-Hallusinasiya təsirli göbələklərin qəbulu
-Güclü yorğunluq və halsızlıq
-Əsnəyən digər insan və heyvana baxdıqda
-Əsnəmək barədə yazı oxuyanda, yazanda
-və ya səbəbsiz gündə 5-6 dəfə əsnəmək
Əsnəmək nədir?
İnsanın qanında oksigen azlığı yaşananda ağciyər toxumaları
dartılıb, açılıb daha çox oksigen almaq istəyir, bu zaman əsnəməklə
insanın ağzını geniş açıb daha çox miqdar hava alır. Bununla insan
sanki oyanır, ayılır və qanda oksigen yüksəlir.
Bu nəzəriyyə hələ Hippokrat dövründən sürülüb və tibdə təsdiqini
tapıb. İnsan əsnəyəndə beyin soyuyur, bu da sanki tənəffüs elan
etməyə bərabərdir.
Bəs hansı hallarda əsnəmək patolojidir və müayinə-müalicə
lazımdır
1.Stress, xroniki yorğunluq, depressiya, təşviş
pozuntusu
Çox zaman əsnəmək sinir mənşəli olur. Panik atak və depressiyada
olanlarda çox rast gəlinir.
Belə ki, hipotalamus, hipofiz və böyrəküstü vəzilər stresdən
qorumaq üçün hormonlar hasil edir, orqanizmi fiziki aktivliyə
hazırlayır.
İnsan stress mühitində olanda bu üçlüyün işi ayrı istiqamət alır və
sonra kortizol adlı əsəbə qarşı hormon hasil olur. Kortizol qanla
bütün orqanizmə yayılır
Kortizol həmçinin bədəni soyuqdan da qoruyur, yuxunu idarə edir.
İnsan yorğun olanda, depressiyada oldyqda kortizol azalır, orqanizm
sanki müdafiəsiz qalır, insan çox əsnəməyə başlayır. Bu artıq
işarədir ki, məşhur üçlük vəzilərin işi pozulub.
Depressiya halında itlər və digər heyvanlar da əsnəyir.
2.Ürək-damar sistemində
problemlər
Ürək-damar sisteminin işində pozulma olanda insan təşviş rejiminə
keçir. Bu zaman vegetativ distoniya da yaranır.
Sinirlər sanki yolunu azır, hipotalamus vəzisinə yalançı siqnallar
göndərir, o da əsnəmə əmri verir.
Ona görə səbəbsiz, çox və dərin əsnəyən insanlar həttə miokard
infarktının bəlli əlaməti ola bilər.
Əgər əlavə olaeaq təngnəfəslik, döş qəfəsində ağrılar,ürəkbulanma
da varsa, təcili kardioloqa getməlisiz.
Həmçinin beyin kökcüyünün zədələnməsi də qarşısı alınmaz əsnəməyə
səbəb olur. Təsadüfi deyil ki, insultdan öncə və sonra xəstələr çox
əsnədiklərini deyirlər.
3.Beyin və sinir xəstəlikləri
Dağınıq Sklerozun əsas simptomlarından biri də daim yorğunluq,
beynin hərarətinin artması, həddən artıq çox əsnəməkdir.
Hipotalamus anormal işləyir.
Eləcə də görmə siniri zədələnməsi, onurğa beyin nevromielitində də
əsnəmək çoxalır. Bu xəstələrin baş MRT-də hipotalamusun zədələnməsi
aşkarlanır.
Gicgah epilepsiyası, Parkinson və beyin qabığı iltihabında da
əsnəmək çoxalır.
Və nəhayət beynin xoş və bədxassəli şişlərində də əsnəmək
xarakterikdir. Bununla yanaşı baş ağrısı, yaddaş pozulması, görmədə
zəifləmə, hərəkətlərdə səntirləmə varsa, təcili beyninizi
yoxladın.
4.Qaraciyər xəstəliyi
Qaraciyərdə sirroz və orqan çatışmazlığı zamanı orqanizmin ümumi
yorğunluğu fonunda əsnəmək də güclənir.
5.Endokrin xəstəliklər
Hormonların azlığı və çoxluğu anormal əsnəməyin triggeri ola
bilər.
Hipetireoz zamanı, zobda xroniki yorğunluq, yuxululuq və əsnəmək
yol yoldaşıdır.
Nəticə:
Əgər yatırsızsa, yorğunluq yaradan işdə çalışmırsızsa, əsnəməyi
artıran dərmanlar qəbul etmirsizsə və ya bunları qaydaya salsanız
da, gün ərzində 20-30 dəfə dərindən əsnəyirsizsə, deməli bu
orqanlarda problemlər üzrə axtarışa çıxmalısız.
İlk olaraq terapevt, kardioloq və nevroloqa
getməlisiz.