Yanvar-sentyabr aylarının göstəricilərinə görə, Marneuli meriyası əmək haqqına 1 923 000 lari, Bələdiyyə Məclisi isə 482 000 lari xərcləyib

Yanvar-sentyabr aylarının göstəricilərinə görə, Marneuli meriyası əmək haqqına 1 923 000 lari, Bələdiyyə Məclisi isə 482 000 lari xərcləyib.



Marneuli meriyasının Malliyyə-Büdcə Xidmətinin rəhbəri Bələdiyyə Məclisinin iclasında 2019-cu ilin üçüncü rübünə olan hesabatı təqdim edib.

Vüqar Məmmədovun sözlərinə görə, 2019-cu ilin ilk doqquz ayına olan göstəricilərə görə, bələdiyyə ümumilikdə 29 300 000 lariyə qədər pul xərcləyib. Bundan 14 124 000 lari büdcənin xərclər maddəsinə əsasən, 2 515 000 lari əməkhaqqı maddəsinə əsasən, 2 589 000 lari isə mal və xidmət maddəsinə əsasən xərclənib.

“Mal və xidmət maddəsinə ofis, nəqliyyat, əmək müqavilələri ilə işlə təmin olunanların xərcləri və müxtəlif xərclər daxildir”, – Vüqar Məmmədov bildirib.

Məmmədov eləcə də qeyd etdi ki, Marneuli Bələdiyyə Məclisi ilk doqquz ayın göstəricilərinə görə, 908 000 lari xərcləyib və bunun 482 000 larisi əməkhaqqına xərclənib. Meriya isə doqquz ay ərzində 3 306 280 lari xərcləyib ki, bunun da 1 923 000 lariyə qədəri əməkhaqqına xərclənib.

 

Print Email
FaceBook Twitter Google