Parlamentin plenar iclasında 2019-cu ilin dövlət büdcəsində ediləcək dəyişikliklər müzakirə olunacaq
Bu
gün Parlamentin plenar iclasında 2019-cu ilin dövlət büdcəsində
ediləcək dəyişikliklər müzakirə olunacaq.
Dəyişikliklər layihəsinə əsasən, prezident administrasiyasının
büdcəsi 2,2 milyon lari artacaq və 8,2 milyon lari olacaq.
Müəyyən nazirliklərin illik xərclərinin də xeyli artacağı məlum
olub.
Müxalifətin büdcə dəyişikliklərini dəstəkləməyəcəyi bildirilir.
Patlament azlığı hesab edir ki, büdcə dəyişiklikləri larinin
ucuzlaşmasına daha da mənfi təsir edəcək.
İqtidar komandası isə bildirir ki, qeyd olunan dəyişikliklərin
ölkəyə heç bir zərəri olmayacaq.