Parlamentin plenar iclasında 2019-cu ilin dövlət büdcəsində ediləcək dəyişikliklər müzakirə olunacaq
Bu gün Parlamentin plenar iclasında 2019-cu ilin dövlət büdcəsində ediləcək dəyişikliklər müzakirə olunacaq.

Dəyişikliklər layihəsinə əsasən, prezident administrasiyasının büdcəsi 2,2 milyon lari artacaq və 8,2 milyon lari olacaq.

Müəyyən nazirliklərin illik xərclərinin də xeyli artacağı məlum olub.

Müxalifətin büdcə dəyişikliklərini dəstəkləməyəcəyi bildirilir.

Patlament azlığı hesab edir ki, büdcə dəyişiklikləri larinin ucuzlaşmasına daha da mənfi təsir edəcək.

İqtidar komandası isə bildirir ki, qeyd olunan dəyişikliklərin ölkəyə heç bir zərəri olmayacaq.

Mənbə: Birinci Kanal
Print