Qardabanili coğrafiya müəllimi Həmid Sadıqov
sosial şəbəkədə paylaşım edərək əvvəllər dərs dediyi şagirdlərindən
birinin qaçırıldığını yazmışdı.
O, şagirdinə qarşı olan zorakılığa etiraz etmiş və kəndin
ağsaqqallarının toplaşaraq bu məsələni barış yolu ilə həll
edəcəklərini yazmışdı. Onun bu etirazına kənd əhalisi qarşı çıxaraq
tənqid və təhqir edib. Həmid Sadıqov kənd sakinlərinin istəyi ilə
canlı yayımda kənd ağsaqqallarından üzr istəməli olub. Gənc
müəllimin zorakılığa qarşı etdiyi etirazına görə, sakinlər
tərəfindən tənqid və eləcə də təhqir olunması sosial şəbəkədə fəal
gənclər tərəfindən birmənalı qarşılanmayıb. Marneulidən olan bir
sıra fəal gənclər də #MənHəmidəm #Həmidətoxunma haşteqləri ilə
paylaşım edərək ona dəstək olublar.
Fərqli olanlar, başqalarının alışdırılmış, guya normal birşeymiş
kimi formalaşmış eyiblərini dilə gətirib, bunun əslində səhv
olduğunu deyənlər həmişə qınaq nöqtəsi edilmiş və qaranlığın
çoxluğuna görə işıqları söndürülmüşdür. Biz isə, haqqsızlığa
susmayan, kütləvi qınaqdan qorxmayıb, baş qaldıran bu dəyərli
varlığı belə əzən bir cəmiyyətik. Biz ümid qatilləriyik! - Yusib
Nəsibov
#MənHəmidəm
Həmid bəyi öz məktəbində tanıdım və çox yaxşı yadımdadır ki,
demişdim: “Keşkə mənimdə məktəbdə belə bir müəlimim olaydı”.
Təəsüf ki, biz müəllimlərin zorla qaçırılmış, sözün əsl mənasında
təcavüz olunmuş şagirdlərin toyuna gedib, oturub yeyib-içib, gülüb,
“xoşbəxt olsunlar” dediyi cəmiyyətdə yaşayırıq. Bunlara bizim
cəmiyyətdə “əsl müəllim” deyirlər, lakin şagirdlərin ali təhsilli
olmasını istəyən, onların xoşbəxtliyi üçün mübarizə aparan
müəllimlər “tərbiyyəsiz” adlandırılır.
Mən Həmidin yanındayam, bu haqsızlığa göz yummayan hər bir gənc
Həmidin yanındadır - Gulia Nəbiyeva
#MənHəmidəm
İllərdir regionda aktiv, tənqidi düşünən, haqqı deyən və sistemi
dəyişmək istəyən gənclər həmişə sındırılmağa calışılır. Regionda
baş verən siyasi proseslərə aktiv şəkildə baş qaldıran, var olan
diskriminasiyayı açıq şəkildə ifadə edən gəncləri Dövlət
Təhlükəsizlik Xidməti (KGB) tərəfindən həmişə neytrallaşdırmağa,
nüfuzdan salınmağa və sındırılmağa calışılır. Bugünə kimi də bir
çox aktiv gənc müxtəlif yollarla sındırılıb və susdurulub.
Həmid də həmin aktiv, tənqidi düşünən və sistemə baş qaldıran
gənclərdəndir. Bu baş verən proseslərdə sakrebulo deputatının aktiv
iştirakı ortaya bir çox suallar çıxarır. Yaranın prosesdən maksimum
istifadə edərək gəncləri sındırmağa və susdurulmağa calışılır.
Sistemin, hakimiyyətin, "KGB"-nin artıq heç bir gənci sındırmasına,
gözdən salmasına izin verməməliyik!
#MənHəmidəm
#MüəlliməToxunma
Müəllim sözünü heç bir sözlə əvəz etmək olmaz.
Çünki biz insanların gələcəyi onların əlindədir.
Çünki onlar bizi gələcəyə hazırlayırlar.
Bir milləti yox etmək istəyirsənsə onun müəllimini və həkimini ilk
öncə yox etməlisən. Gerisi corab söküyü kimi gələcək.
Bir gün Mustafa Kamal Atatürkün köməkçisi yaxınlaşıb deyir ki,
yüksək rütbəli məmurların əmək haqqını artırmaq lazımdır. O, isə
cavabında deyir ki, elə edin müəllimin maaşından yüksək
olmasın.
Biz müəllimlərə dəyər verməyi öyrənməliyik. Yoxsa dönüb arxaya
baxanda peşman olacıq.
Onu da əlavə edim ki, zorla gözəllik olmur. Zorakılığa yox
deyirəm.
#MüəlliməToxunma #MənHəmidəm
Müəllim olmaq sadəcə məktəbə gedib uşaqlara dərs keçmək
deyil,
müəllim olmaq
ictimai xadim olmaq deməkdir! Ətrafdakı haqsızlığa susmamaq
deməkdir! Şagirdinin erkən ərə verilməsinə və zorla qaçırılmasına
görə etirazını ən sərt formada bildirmək deməkdir ! Çox təssüf ki,
belə müəllimlər çox deyil amma olanlarlada fəxr edirik, necəki
bugün Həmid müəllimlə fəxr etdiyimiz kimi - Naşir
Orduxanov
#MənHəmidəm
Millətimi çox sevirəm . Amma bu gün "siz " ədalətsizliyə qarşı
çıxan bir müəllimi susdurdunuz və " sizdən " ibarət bir cəmiyyətin
üzvü olduğum üçün utanıram və bütün mənliyimlə "sizdən" nifrət
edirəm.
Mən Həmidi dəstəkləyirəm - Gülgün Məmmətxanova
#MənHəmidəm
Daha bir qızın "ZORLA" xəyallarını məhv edib, ümidlərini,
arzularını ürəyində qoyan insanlara qarşı çıxan birinin hansı
haqla, hansı səbəblə üzr istəməsini tələb edirsiniz?! Hər dəfə
erkən evlilik qurbanı olan, zorla qaçırılan qızların talehini heç
düşünürsünüzmü? Bəs onlardan kim üzr istəyəcək?! Böyüklük budur hə?
Böyüklük bir qızın zorakılığa məruz qalmasını səssizcə izləməkdir
hə?! Böyüklük sizdən fərqli olaraq zorakılıqla, arzu etmədiyi
həyatı yaşayacaq olan tələbəsinə dəstək olan müəllimi alçaltmaqdır
hə?! Başqa zaman müəllimi tərbiyə verən, doğru yol göstərən gözündə
görürsüz! İndi nə dəyişdi bəs? sözün düzünü deyib deyəmi üzr
istəyir?! Ay böyüklər bəs bir qızın xəyalını məhv edib, onu zorla
qaçıran şəxs hardadır? Bəs o, kimdən üzr istəyəcək?!!!!!
#MüəlliməToxunma #MənHəmidəm
Dilimiz və gücümüz "Həmidləri" qınamağa ve susdurub günahkar
damğası vurmağa yetir. Çünki, o etiraz etdi, ferqli fikir bildirdi.
Şübhəsiz qurban olmaliydi.
Cahilliyini aqressivliklə gizlədənlərin qəzəbinə bu haqsizlığa göz
yuman "müəllimlər" tuş gəlməliydi. Vicdanı oyaq bir gənc deyil.
Sabiri qınadıq, Cəlilə gülüb keçdik, Həmidi də susdurduq (siz elə
düşünün). Bəli, Həmid bu gün onların yarida qalan işilərini davam
elətdirir. Yuxunuz şirin olsun dəyərdim, amma yuxunuza haram
qatanlarin sayi çoxalmaqdadi və saqqallara hörmət dilənərkən
qizlarimizin (gələcəyimizin) çürüməsinə göz yuma bilmərik. Mübarizə
üsülumuz fərqli olsa da amalımız birdi. Yoldaşımıza edilən
hörmətsizlik və təsir bizə də edilmişdir. Indi gəlin, mühakimə
edib, bizi də susdurun!#MənHəmidəm#