Fahişə əməliyyatında həbs edilən Gürcüstan və digər ölkələrin vətəndaşlarını Türkiyədən deportasiya ediblər
Türkiyənin Artvin əyalətində fahişəlik
ittihamı ilə xarici ölkələrin 33 vətəndaşı öncə həbs edilib, sonra
isə ölkədən qovulub.
Həbs edilənlər arasında səkkiz Gürcüstan vətəndaşı var.
Bu haqda məlumatı “CNN Türk” yayır.
Fahişə əməliyyatı mehmanxanalarda və gecə klublarında
keçirilib.
Həbs olunanlar arasında Özbəkistan, Qırğızıstan, Rusiya və
Qazaxıstan vətəndaşları da var.