SAİA - DİN şəxsi məlumatlardan qanunsuz istifadə edir

DİN şəxsi məlumatların qanunsuz şəkildə istifadə edir – bu haqda “Gürcüstan Gənc Hüquqşünaslar Assosiasiyası” tərəfindən yayımlanan bəyanatda deyilir.



GGHA-nın bəyanatına görə, onlar Gürcüstanın Dövlət Müfəttişliyi Xidmətinə Daxili İşlər Nazirliyinin şəxsi məlumatların qanunsuz şəkildə istifadə etməsi faktına reaksiya göstərilməsi üçün müraciət edib.

GGHA-dan "Interpressnews"-a verilən məlumata görə, inzibati xətalarla bağlı işlərin analizi nəticəsində DİN tərəfindən şəxsi məlumatların qanunsuz şəkildə istifadəsi halları aydın olub.

“DİN Qeyd olunan növ işlərin müzakirəsində məhkəməyə təqdim etmək üçün elektron informasiya bazasından (info.police.ge) inzibati ödəmələrin yerləşdirilməsi ilə bağlı məlumatdan istifadə edir. Onların əksəriyyətindən isə bir ildən artıq vaxt keçib.

Şəxs tərəfindən törədilmiş inzibati qayda pozuntuları haqqında məlumatın bir neçə il saxlanılması mövcud qanunvericiliyə ziddir və bunun dəyişdirilməsinə GGHA tərəfindən Konstitusiya Məhkəməsində 2017-ci ildə qazanılan iş əsas oldu. Konstitusiya Məhkəməsi inzibati qayda pozuntularının vahid məlumat bankında qayda pozuntuları haqqında məlumatın elektron formada daimi saxlanılmasını konstitusiyaya zidd hesab edir. Qeyd olunan qərardan sonra aydın oldu ki, inzibati qayda pozuntuları vahid məlumat bankında qayda pozuntuları haqqında məlumatın elektron formada daimi saxlanılması yolverilməzdir. Belə ki, müəyyən qeydlərin saxlanılmasına 1 il müddətinə ehtiyac var. Buna baxmayaraq təsdiq olunur ki, DİN yenə də məlumatı 1 ildən artıq saxlayır”,
– təşkilatdan bildirirlər.

GGHA Dövlət Müfəttişlik Xidmətinə müraciət edir ki, DİN-də inzibati qayda pozuntuları haqqında şəxsi məlumatlardan istifadə olunması faktını araşdırsın və qanuna uyğun olmayan halları aradan qaldırmaq üçün qanunla nəzərdə tutulan ölçülər götürsün.

 

Print Email
FaceBook Twitter Google