Xazaradze İkinci İlia ilə görüşüb

“Lelo” İctimai Hərəkatının təsisçisi Mamuka Xazaradze İkinci İlia ilə görüşüb. Bu haqda Xazaradze “Facebook”da yazır.



“Bütün Gürcüstanın katolik-patriarxı, müqəddəs İkinci İlia ilə görüş. “Lelo” Hərəkatının məqsədləri və gələcək planları haqda danışdıq. Eləcə də əsrin layihəsi – Anaklia limanından söhbət açdıq. Bu layihə Sameqrelo və eləcə də bizim ölkəmiz və bütün regionumuz üçün vacibdir.

Patriarx xeyir-dua verdi və uğurlar arzuladı. Birlikdə Gürcüstan üçün!” – Xazaradzenin paylaşdığı məlumatda deyilir.

Dünən “Lelo” hərəkatının təsisçisi Mamuka Xazaradze haqqında sosial şəbəkələrdə “Netgazeti”nin adı vurğulanmaqla saxta məlumat yayımlanıb.

“Facebook”da müxtəlif dövlətə qarşı olan qruplar və səhifələr Xazaradzenin çıxışını yayımlayıb və qeyd ediblər ki, o, “Netgazeti”yə müsahibəsində belə deyib:

“Baxmayaraq ki, İkinci İliaya böyük hörmətim var, aydındır ki, o, qocalıb. Gəncliyində daha müdrik çıxışları ilə seçilirdi. Bunu ona görə demirəm ki, sonuncu ayin zamanı hansısa ağır günahdan danışıb. Sadəcə, son illərdə aydın şəkildə düşünə bilmir. Bəzən ümumiyyətlə düşünürəm ki, başqasının yazdığı mətnləri oxuyur və məzmununu da başa düşmür. Buna görədə onun Şionu patriarx təyin etməsi istisna deyil… İlianın özü də rahat olardı. Ona sülh və sağlamlıq arzulamaq istəyirəm”.

Həqiqətdə isə Xazaradze “Netgazeti”yə belə bir müsahibə verməyib.


Mənbə: Netgazeti

 

Print Email
FaceBook Twitter Google