Erdoğan Trampın məktubunu "zibilə atıb" – BBC
BBC yazır ki, Türkiyənin prezidenti Receb Tayyib Erdoğan Donald Trampın məktubunu “zibilə atıb”. Məktubda ABŞ prezidenti türk həmkarını “yaxşı oğlan” və axmaq olmamağa çağırıb.

Tramp Erdoğana məktubu Suriya ətrafında cərəyan edən hadisələrlə bağlı göndərib və məktubda qeyri-formal sözlərdən istifadə edib.

BBC-nin yazdığına görə, Türkiyə prezidentinə yaxın olan mənbələrdən biri bildirib ki, Erdoğan məktubda olan təklifləri “qəti şəkildə inkar edib”.

Məktubu alan gün Türkiyə Şimali Suriyada növbəti hücuma başlayıb.

“Yaxşı oğlan olma. Axmaq olma! Sonra sənə zəng vuracağam.” – Trampın məktubunda deyilir.

Türkiyə Prezidentinə yaxın olan mənbə BBC-yə bildirib ki, cavab olaraq: “Prezdent Erdoğan məktubu aldı, qəti şəkildə inkar etdi və zibilə atdı”.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google