DİN 270 ağ avtomobil almağı planlaşdırır
Daxili İşlər Nazirliyi 270 avtomobil almağı planlaşdırır. Bunun üçün ümumilikdə 19 milyon 674 min 750 lari ayrılıb. Müvafiq tenderlər artıq elan olunub.

Qeyd olunan məbləğdən 9 485 280 lariyə 120 ədəd operativ hallar üçün xüsusi tip (Pikap) alınması planlaşdırılır. Tələblərdə qeyd olunub ki, 120 maşın da ağ rəngli olmalıdır. 2019-cu ildən tez istehsal olunmamış və hər birinin sürəti 200 km-dən artıq olmalıdır. Tender 23 oktyabrda başa çatacaq və sonra qalib şirkət məlum olacaq.

Bundan əlavə DİN operativ təyinatlı 30 nəqliyyat vasitəsi (Heçbek) almağı planlaşdırılır. Maşınların 15 avtomatik ötürmə qutusu və 15 mexaniki ötürmə qutusu olmalıdır. Pikaplarda olduğu kimi qeyd olunan 30 avtomobil də ağ rəngdə olmalıdır. 30 ədəd Heçbeki almaq üçün 1 771 470 lari ayrılıb. Tender 18 oktyabrda başa çatacaq.

18 oktyabrda digər bir tender də başa çataq və onun başlanğıc dəyəri 8 418 000 laridir. Qeyd olunan məbləğlə də DİN 120 operativ təyinatlı nəqliyyat vasitəsi almağı düşünür. Qeyd olunan avtomobillər də ağ Heçbeklər olmalıdır.

Tələb olan halda qalib şirkət alınan nəqliyyat vasitələrinin təsdiqlənməsini də həyata keçirməlidir.

Print Email
FaceBook Twitter Google