Bu il çörəyin qiyməti 10 tetri çərçivəsində bahalanıb
“Gürcüstanın Çörək Sənayeçilər Birliyinin” rəhbəri Malxaz Dolidzenin bəyaantına görə, bu il çörəyin qiyməti 10 tetri çərçivəsində bahalanıb, ancaq indiki mərhələdə qiymətin artması gözlənilmir.

İPN-ə Malxaz Dolidzenin bildirdiyinə görə, köməkçi məhsulların qiyməti bahalanıb və bu da çörəyin yekun qiymətinə təsir göstərəcək.

“Bu il çörəyin qiyməti 10 tetri çərçivəsində bahalaşıb. Bilirik ki, dünya bazarında buğdanın və unun qiyməti dəyişib, bu isə çörəyin qiymətinə təsir edir. Qablaşdırma materialı bahalanıb, distrübisiyada problem var, “Kashback” və digər növ vergilər tələb edirlər. Əlbəttə, larinin kursu da təsir göstərib. Biz köməkçi materialları alırıq və hər şey bahalanıb”, - Dolidze bildirib.

Onun sözlərinə görə, hələ ki, unun qiyməti stabildir və çörəyin bahalaşması gözlənilmir.

Print Email
FaceBook Twitter Google