Marneuli Bələdiyyəsində bugünə qədər sahibsiz
itlər problem ciddi şəkildə durur və insanlara təhlükə
yaradır.
2018-ci ilin 8 ayı ərzində olan statistic
göstəricilərə görə, Marneulidə dişləməyə qarşı 820 nəfər adam
peyvənd vurdurub. Əhali düşünür ki, son dövrdə şəhərdə itlərin sayı
artıb.
İtlərin çoxusunda heç sari rəngli işarə də yoxdur ki, müəyyən qədər
onların təhlükəsiz olduğuna işarə olsun. Sahibsiz itlər dəstə ilə
gəzirlər. Əsasən yaşayış korpuslarında, bazar ərazisi və
restoranların ətrafına toplaşırlar. Şəhərin demək olar bütün
küçələrin oxşar vəziyyətdir. Əhali bir çox dişləmə faktını
xatırlayır.
“Elə indilərdə iki qadını dişlədi. Uşaq qorxusundan bayıra çıxmır,
mən özüm mağazaya gedə bilmirəm. Başqa yolla gedirəm. Kimə müraciət
edək, prezidentin sərəncamı var öldürmək olmaz. Kənddən gətirib
şəhərə atırlar, biz haraya ataq?”, - şəhər sakini
kişi deyir.
“O qədər it var gecə gündüz biz narahat edirlər. Bilmirik nə edək.
Uşağı da dişləyir. Qorxudan pilləkandan düşə bilmirəm. Bütün gecəni
buradadırlar”, - şəhər sakini qadın deyir.
“20-30 it birdən hücum edir və bilmirik nə edək. Yolda
daşı, ağacı haradan alaq. Öldürmək olmaz deyirlər. O zaman
aparsınlar”, - şəhər sakini kişi deyir.
Marneuli şəhərindən əlavə sahibsiz itlər problem Marneulinin
kəndlərində də mövcuddur. Məsələn, 15 oktyabrda baş tutan Marneuli
Bələdiyyə Məclisinin iclasında deputat Rövşən İsgəndərov qeyd etdi
ki, kənddə sahibsiz itlər problem var.
“Uşaqlar qorxur, məktəbə gedə bilmirlər. Bir iki deyil,
50-yə yaxın it var və dəstə ilə gəzirlər. Bizə kömək lazımdır,
bəlkə necəsə bu problem həll edək. Çox pis
vəziyyətdir”, - bələdiyyə məclisinin deputatı Rövşən
İsgəndərov dedi.
Sahibsiz itlərin Marneuli miqyasında problem olduğunu Meriyadan da
təsdiq edirlər. İtlərin sığınacağa yerləşdirilməsi məsələsini
yalnız beşinci dəfə elan edilmiş tender həll edə bilib. 2018-ci
ilin mayından indiyə kimi ilk üç tenderdə heç kim iştirak etməyib,
dördüncü tenderdə şirkət ləğv olunub. Dekabrda beşinci tenderdə
iştirak edən “Vektra” MMC Marneuli meriyası ilə müqavilə bağlayıb.
Marneuli Meriyasından izah edirlər ki, indiki mərhələdə 140 itə
tenderdə götürülən öhdəliklə xidmət göstərilib.
“Yeni xidmət göstərilməsi üçün artıq məktub yazmışıq.
Gözləyirik yaxın günlərdə gəlməlidirlər və xidmət
göstərməlidirlə”, - Meriyadan deyirlər.
Marneuli meriyası 2019-cu il ərzində sahibsiz itlər üçün büdcədən
16 949 lari ayırıb.
Gələcəkdə sahibsiz itlər poblemini həll etmək üçün regional
sığınacağın tikilməsi planlaşdırılır. Buna Kvemo Kartli Quberniyası
da fəal şəkildə qoşulub. Sığınacağın güman ki, 2019-cu ildə
tikilməsi planlaşdırılır.
"Marneuli" Radiosu