Ulduz falı - Tərəfdaşlar və həmkarlarla münasibətləri daha da inkişaf etdirin
18
Oktyabr 2019-cu il.
Qoç - Diqqətli olun. Yaxın ətrafınızdakı insanların istəklərini
anlamağa cəhd göstərin. İşgüzar tərəfdaşınız və ya həmkarınızın
əhvalı pis ola bilər. Ona görə də soyuqqanlı davranmağınız
gərəkdir.
Günün ikinci yarısında münasibətləri gərməyin. Münaqişə səbəbkarı
olmayın. Danışıqlar və ya söhbət əsnasında problemli mövzuların
təhlilinə başlamayın. Əhəmiyyətli məsələlərdən birinin həllini
ertələmək olar.
Sevdiyiniz insanla ünsiyyətdə diqqətli, səbrli olun. Güzəştə meylli
insan təsiri bağışlayın.
Buğa - Tərəfdaşlar və həmkarlarla münasibətləri daha da inkişaf
etdirin. Yeni layihənin icrasına başlamaq, ideyanı gerçəkləşdirmək
fikriniz varsa, aktiv olun. Süstlüyə qapılmayın. Qarşı tərəfi
dinləyin, onun sözünü kəsməyin.
Günün ikinci yarısında ehtiyatsızlıqla söylənən kəlmə indiyədək
çətinliklə yaradılan əlaqələri poza bilər. Yaxınlarınızla
münasibətlərdə səmimi olun. Yalan danışmayın.
Yeni müttəfiq qazanmaq zamanıdır.
Əkizlər - Yaradıcılıq fəaliyyəti ilə məşğul olanları uğur gözləyir.
Tərəfdaş və müttəfiqlərinizin qatıldıqları tədbirdə iştirak edin.
Onlardan dəstək alacaq, yeni ideyaları paylaşmaq şansı əldə
edəcəksiniz.
Təcili yola çıxmaq zərurətinin yarandığı situasiya formalaşa bilər.
Sükan arxasında ehtiyatlı olun. Problemlər riski artır.
Günün ikinci yarısında dostların sözlərinə qulaq asın. Axşam
saatlarını evdə keçirmək olar. Romantik görüşü təxirə salın.
Vaxtınızı sevdiyiniz insana həsr edin.
Xərçəng - Asan gün deyil. İstənilən məqsədə çatmaq üçün adi
günlərlə müqayisədə daha çox çalışmalı olacaqsınız. Yaşam
potensialınızın səviyyəsi yüksəkdir. Bütün sədləri dəf etmək üçün
enerjiniz yetərincədir.
Günün ikinci yarısında maliyyə fonu uğurlu deyil. Mənasız xərclərə
yol verməyin.
Romantik təmaslar üçün yaxşı zamandır. Sevdiyiniz insanla təmaslar
sizi sevindirəcək. Dəvət aldığınız tədbirlərə qatılın. Yeni
tanışlıqlar olacaq.
Axşam saatlarında normal istirahət edin.
Şir - Sayıq olun. Mühüm sənədlərin hazırlanmasında, hesabatların
tərtibatında, həmkarlar və tərəfdaşlarla qarşılıqlı əlaqələrdə
maksimal dərəcədə diqqətlə davranın. Texniki gecikmələr,
avadanlığın sıradan çıxması istisna deyil.
Səbirli, təmkinli olun.
Günün ikinci yarısında həmsöhbətlərdən biri kobudluğu və
tərbiyəsizliyi ilə sizi sinirləndirəcək. Cavabınız adekvat
olmalıdır. İfrata varmayın.
Axşam saatlarında sizdən üzr istəyəcəklər.
Qız - Sağlam məntiqlə davranın, emosiyalara qapılmayın. Biznesdə və
maliyyə məsələlərində riskli addımlar atmaq zamanı deyil.
Nüfuzunuza zərbə vura biləcək insanlardan uzaq durun. Daşınmaz
əmlak məsələlərinin həlli üçün əlverişli zamandır.
Günün ikinci yarısı bankda hesab açmaq, kredit almaq üçün münasib
deyil. Yaxınlarınızla təmaslarda fikir ayrılıqları volüntarist
qərarların qəbuluna səbəb olmamalıdır.
Lakonik danışın. Sürətlə hərəkət edin.
Tərəzi - Stabilliyə nail olmaq istəyiniz sizi prinsiplərinizdən bir
addım da geri çəkilməməyə vadar edir. Yaxşı taktikadır.
Status-kvonu saxlamaq, situasiyaya nəzarət imkanlarını mühafizə
etmək imkanları var. Tərəfdaşlarla fikir ayrılıqları və ixtilaflar
istisna deyil.
Günün ikinci yarısında ruhdan düşməyin. Davranışınızda zəruri
dəyişikliklər etməkdən boyun qaçırmağınız yaxınlarınızda müəyyən
narahatlıq və nigaranlıq yaradacaq. Mövqeyinizi arqumentlərlə
müdafiə edin.
Axşam saatlarını sevdiyiniz insanla əylənərək keçirin.
Əqrəb - İşlərinizi qaydaya salın. Hədəfləri və məqsədləri təftiş
edin. Yaxınlarınızla münasibətlərdə son vaxtlar gərginləşmələr
vardısa, emosiyalarınıza hakim olun.
Düşünülməmiş addımlar atmayın.
Günün ikinci yarısında həmkarlarla daha sıx təmaslar qurun.
Kollektiv fəaliyyətdə fayda var. Böyük işlərə başlamaq üçün kiçik
addım kifayətdir. Yetər ki, qərarlı olasınız.
İşdə ehtiyatsız açıqlamanız rəhbərliklə münasibətlərinizi gərə
bilər. Yaxınlarınızdan inciməyin. İntiqam almağa da can
atmayın.
Oxatan - Səhər saatları laübəli və qarışıqdır. Planlarda
dəyişikliklər istisna deyil. Qarşınıza qoyduğunuz məqsədə çatmaq
üçün vaxt və resurs qıtlığı hiss olunacaq. Maneələri dəf edin,
ruhdan düşməyin. Pessimizmə qapılmayın.
Günün ikinci yarısında həll edə bilməyəcəyiniz çətinliklər yoxdur.
Problemlərin çözümünə kreativ yanaşın. Ağır işi yarımçıq qoyaraq
istirahət etməyin. Qətiyyətli və iradəli olsanız, uğur sizi
gözləyir.
Yaxınlarınızdan dəstək alacaqsınız.
Oğlaq - Hisslərinizə hakim olun, spontan addımlar atmayın.
Emosiyalar məntiqi üstələməməlidir. Heç bir halda aqressiv
davranmayın, kobudluq etməyin. İşdə rəhbərliklə, tərəfdaşlarla,
həmkarlarla rəvan danışın.
Günün ikinci yarısında daha təcrübəli həmkarlarla danışın. Onlardan
məsləhət almaqdan çəkinməyin. Yaxşı bələd olmadığınız insanlarla
söhbətdə əvvəlcədən bəlirlənmiş çərçivədən kənara çıxmayın.
Sevdiyiniz insanla ünsiyyətdə danışmaqdan daha çox qulaq asmağa
üstünlük verin.
Dolça - Hazırda məşğul olduğunuz işi yarımçıq qoyaraq yeni
planların gerçəkləşdirilməsinə başlamayın. Rəqibləri üstələmək üçün
ətrafınızdakı situasiyanı tam dəyərləndirin.
Günün ikinci yarısında ən çətin şəraitdə belə, təmkinli
davransanız, uğur qazanacaqsınız. Qarşınıza qoyduğunuz məqsədə
çatmaq üçün daha aktiv davranmağınız gərəkdir. Kiçik problemlərə
vaxt sərf edərək diqqətinizi əsas məsələdən yayındırmayın.
Yaxınlarınızla münasibətlərdə kritik olun. Kimsəni
ideallaşdırmayın. Əks təqdirdə gözləntiləriniz sizi aldada
bilər.
Balıqlar - Adi, rutin gündür. Ekstraordinar heç bir hadisə baş
verməyəcək. Yaşanacaq olayların bir çoxunu əvvəlcədən təxminləmək
mümkündür. Buna rəğmən maliyyə və maddi məsələlərlə bağlı
çətinliklərin yaranması istisna deyil.
Günün ikinci yarısında gərəkli insanlarla əlaqələri işə salsanız,
istənilən sahədəki çətinliyi aradan qaldırmaq olar. Şəxsi
münasibətlərdə önəmli addım atmazdan əvvəl dəyər verdiyiniz insanın
cavab reaksiyasını proqnozlaşdırmağa çalışın.