Min illik şəfa və gənclik iksiri - SÜMÜK SUYU
Bahalı vitamin, mineralları və kremləri bir
kənara buraxmağın zamanı gəldi. Çünki bütün bunları əvəz edəcək
daha sağlıqlı bir alternativ var.
Marneulifm xəbər verir ki, “təbiətin multivitamini” adlandırılan
sümük suyu cildin, sümüklərin, immun və həzm sisteminin ən yaxşı
qoruyucusu hesab edilir.
Tibbin atası olan Hippokrat xəstəliklərin bağırsaqlardan
başladığını deyib. Buna görə də bədənimizi müalicə edərkən ilk
növbədə bağırsaqlardan başlamalıyıq. Bağırsaqların müalicəsində ən
effektiv üsul isə sümük suyundan istifadə etməkdir.
Bu suyun artıq professional satışı ilə məşğul olan kafelər belə
açılıb.
Əslində sümük suyu ta qədim zamanlardan mövcud olub. Belə ki,
əcdadlarımız ovladıqları heyvanların yeyə bilmədikləri parçalarını
israf etməmək üçün qaynadıb suyu içirmişlər.
Sümük suyunu heyvanın qığırdaq, sümük, ilik, dəri kimi parçalarını
uzun müddət qaynadaraq əldə ediblər.
Bu parçaları uzun müddət az odda bişirmək kolagen, qlutamin,
prolin, qlisin kimi aminositlərin üzə çıxmasını təmin edir.
Mütəxəssislər kalsium, maqnezium, fosfor, silikon, sulfur kimi
mineralların sümük suyunun tərkibində bədənin asanlıqla qəbul
edəcəyi formada olduğunu deyir.
Sümük suyunun faydalı ola bilməsi üçün hazırlanma prosesi çox
önəmlidir. Burada sərbəst formada hərəkət edən və orqanik qidalarla
bəslənən heyvanların sümüyündən istifadə etmək vacibdir. Sümük suyu
jelatin formasına gələnə qədər bişirilməlidir. Sümük suyunun daha
dadlı olması üçün suda bişirməzdən əvvəl sobaya qoymaq olar. Əlavə
olaraq, 2-3 qaşıq alma sirkəsi, sarımsaq və cəfəri qatmaq sümük
suyunu daha dadlı və faydalı edir.
Sümük suyunu bişirilmiş halda 3 ay müddətində soyuducuda saxlamaq
mümkündür.
Xüsusilə, soyuq aylarda istifadəsi daha effektiv olan bu təam
uşaqlar üçün əvəzedilməz immun qoruyucusu, qadınlar üçün cavan
qalmağın ən yaxşı üsulu və yaşlılar üçün sümük ağrılarının təbii
dərmanıdır.
Mənbə-Saglamolun.az