Çiaturada, mədəndə gənc mədənçi həlak olub
17 oktyabrda, axşam saat 10-da Çiaturada, Darkveti mədənində gənc mədənçi həlak olub. “Corcian Manqanez”ə əsasən 29 yaşlı Q.B. dünyasını dəyişib.

Netgazetiyə Həmkarlar İttifaqından bildiriblər ki, onun həyat yoldaşı və azyaşlı uşağı qalıb.

Yerli Həmkarlar İttifaqının nümayəndəsinə əsasən o, güman ki, maşın və divar arasında qalıb.

“Corcian Manqanez”ə görə hadisə dağıntı işləri zaman baş verib və “ölümün dəqiq səbəbi məlum deyil”.

DİN-dən Netgazetiyə təsdiq ediblər ki, fəhlə həqiqətən də dünyasını dəyişib, ancaq səbəblər dəqiq qeyd olunmur.

Gürcüstan Cinayət Məcəlləsinin 240-cı maddəsi ilə istintaq aparılır. Həmin maddə iş zamanı təhlükəsizlik qaydalarının pozulmasını nəzərdə tutur.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google