Almaniyada keçirilən çempionatda daha bir Gürcüstanlı idmançı qələbə qazanıb
Almaniyanın Nordhorn şəhərində keçirilən “Dünya çempionatı”nda daha bir Gürcüstan idmançısı Kənan Bayramov qələbə qazanıb. O, finalda Almaniyalı rəqibini məğlub edərək qızıl medal qazanaraq, dünya çempionu olub. Bu haqda məlumatı "Gorarxı" idman klubunun baş məşqçisi və WFMC-Gürcüstan təşkilatının rəhbəri Tofiq Əkbərov sosial şəbəkədə paylaşıb.

Onun yazdığı məlumata görə, Kənan Bayramov 70 kq çəki dərəcəsində kick-light versiyası üzrə mübarizəyə qatılıb və bütün rəqiblərinə qalib gələrək çempion olub.

Tofiq Əkbərov onu da qeyd edib ki, daha iki idmançıdan qələbə gözləyir.

Xatırladaq ki, 19 oktyabr tarixində Almaniyanın Nordhorn şəhərində keçirilən “Dünya çempionatı”nda Gürcüstan idmançısı Özcan Əhmədov WFMC-nin dünya çempionluğunu qazanmışdır. Özcan Əhmədov 55 kq çəki dərəcəsində mübarizəyə qatılıb və bütün rəqiblərinə qalib gələrək çempion olub.

Onu da əlavə edək ki, 18-19 oktyabr tarixində Almaniyanın Nordhorn şəhərində keçirilən “Dünya çempionatı”nda Gürcüstan idmançıları da iştirak edirlər. Yarış Dünya Döyüş Növləri Federasiyasının təşkilatçılığı ilə həyata keçirilir və yarış Kikboks, Tayboks, K1 və digər idman növləri üzrə keçirilir.

Print Email
FaceBook Twitter Google